Bütün xəbərlər
Kareliyada kənd təsərrüfatı və balıqçılıq naziri saxlanılıb
Tarix: 15-03-2023 21:09 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsi Kareliyanın kənd təsərrüfatı və balıqçılıq naziri Vladimir Labinova qarşı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məmur xüsusilə külli miqdarda - 10 milyon rubl rüşvət almaqda şübhəli bilinir.
İstintaq Komitəsi aydınlaşdırır ki, Labinov artıq saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilir.
İstintaqın məlumatına görə, bir iş adamı nazirə rüşvət verib ki, məmur kənd təsərrüfatının inkişafı üçün qrant almağa kömək etsin.
Bundan əvvəl Kareliyanın Kənd Təsərrüfatı Nazirliyində axtarışların aparıldığı məlum olub.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər