Bütün xəbərlər
Oğru “tələyə” düşdü-qəribə hadisə
Tarix: 13-12-2017 17:49 | Bölmə: Cəmiyyət
Bakı, 13 dekabr- Sabaha-inamla. Bu gün şəhər məktəblərindən birində qəribə hadisə baş verib.  Sabaha-inamla-nın məlumatına görə valideyn adı ilə məktəbə daxil olan 45-50 yaşlı şəxs təhsil ocağındakı təşkilatçının otağına daxil olaraq dəmir qapını arxadan bağlayıb. Orda içində müəllimələrə məxsus bir neçə çantaya əl gəzdirib. Ordan pul götürdükdən sonra qaçmaq istəyib, lakin bağladığı qapını aça bilmıyib. “Tələ”yə düşdüyünü görən oğru pulları yerinə qoymağa vaxt tapıb. Bir az sonra hadisə yerinə gələn polislər onu sorğu-sual edərək-özləri ilə aparıblar.Oğru onlara bildirb ki, məktəbə direktordan yardım almağa gəlibmiş.



Baxış sayı: 863


Bölməyə aid digər xəbərlər