Bütün xəbərlər
iki uşaq dəm qazından zəhərlənərək ölüb
Tarix: 28-01-2023 11:46 | Bölmə: Cəmiyyət

Tuvanın Xemçik kəndində dörd nəfərdən ibarət ailə dəm qazından zəhərlənib, iki azyaşlı uşaq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, yaxınları qadını və 14, dörd və bir yarım yaşlarında olan üç uşağı dəm qazından zəhərlənmə əlamətləri ilə aşkar edərək təcili yardım çağırıblar. Gələn həkimlər uşaqların ölümünü müəyyən ediblər. Uşaqların anası və 14 yaşlı qızı xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir.
Faciənin baş vermə şəraiti araşdırılır, ekspertizalar təyin edilib. Cinayət işinin başlanması məsələsi həll olunur.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər