Bütün xəbərlər
Volqoqradda uşaq avtomobildə yanaraq ölüb
Tarix: 01-12-2022 15:30 | Bölmə: Cəmiyyət


Polis cümə axşamı səhər Volqoqradda baş vermiş faciənin təfərrüatlarını müəyyənləşdirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,dayanacaqda olan 4 avtomobilin alışması nəticəsində azyaşlı uşaq ölüb, 52 yaşlı kişi yaralanıb.
Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hər şey Sovet rayonundakı yaşayış binasının həyətində baş verib. Baxış zamanı “Skoda” markalı avtomobildə 2 ədəd asetilen balonları aşkar edilib. Həmçinin xarici avtomobilin salonunda xilasedicilər üç yaşlı uşağın cəsədini aşkar ediblər, avtomobilin 52 yaşlı sahibi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İlkin səbəbdən avtomobildə qaz sızması olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər