Bütün xəbərlər
Pakistanın cənub-qərbində baş verən partlayışda 3 nəfər ölüb
Tarix: 30-11-2022 11:10 | Bölmə: Cəmiyyət


Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, daha 28 nəfər yaralanıb, "Reuters" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Agentliyin məlumatına görə, partlayış polis patrulunun mühafizə etdiyi poliomielit peyvəndi yerinin yaxınlığında kamikadze tərəfindən törədilib.
Bir polis, bir qadın və bir uşaq yerindəcə həlak olub, daha 28 nəfər, o cümlədən 15 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Pakistandakı islamçı yaraqlılar tez-tez poliomielit peyvəndi qruplarına hücum edir, peyvənd səylərinin insanlara casusluq etmək üçün Qərb vasitəsi olduğuna inanırlar.


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər