22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Həbib ABŞ-a buraxılmadı
Tarix: 19-11-2022 02:19 | Bölmə: Cəmiyyət


Məğlub olmayan MMA döyüşçüsü Həbib Nurməhəmmədov viza probleminə görə əmisi oğlu Usman Nurməhəmmədovun Bellator 288-dəki döyüşünü buraxacaq.
Yüngül çəkidə keçmiş UFC çempionunun turnirə qatıla bilməyəcəyini o, özü sosial media hesabında açıqlayıb. "Bu dəfə mən sizinlə olmayacağam, amma hər halda özünüzlə mübarizə aparmalı olacaqsınız. Uğurlar sizə, qardaşlar", - o, yazısında yazıb.
Daha əvvəl məlum olmuşdu ki, keçmiş döyüşçünün Amerika vizasının müddəti başa çatıb, bundan sonra o, yeni viza üçün müraciət edib.
Xatırladaq ki, Usman Nurməhəmmədov yüngül çəki dərəcəsində braziliyalı Patrik Freyra ilə titul uğrunda döyüşəcək. Rusiyanın digər təmsilçisi İmamşəfi Əliyev də Bellator 288-də çıxış edəcək. Onun rəqibi kimi Sean Fallon var.


Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər