Bütün xəbərlər
Daşkəsəndə Vətən müharibəsi şəhidləri anıldı - Fotolar
Tarix: 02-10-2022 20:50 | Bölmə: Cəmiyyət

                   Daşkəsəndə Vətən müharibəsi şəhidləri anıldı





Bu gün Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun və əsgər Quliyev Elvin Amil oğlunun anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, rayonun şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub. 
İcra başçısı Əhəd Abıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi zəfərdən, habelə şəhid  Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, Şəhidlərin ailə üzvlərinə bir daha da rayon ictimaiyyəti adından başsağlığı verib. 
Şəhidlərin valideynləri – Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Xəlilova, şəhid Elvin Quliyevin atası Amil Qənbərov, anası Elnarə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Daşkəsən Şəhidlər Xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilmiş görüş yerində ehsan süfrəsi açılıb. İcra başçısı Əhəd Abıyev şəhid valideynləri və qazilərlə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət  edib, bir daha da qayğıları ilə maraqlanıb.












Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər