Bütün xəbərlər
Əvəz Zeynallı barəsində cinayət işi başlandı - Rəsmi+Yenilənib
Tarix: 10-09-2022 20:06 | Bölmə: Cəmiyyət

                  Əvəz Zeynallı barəsində cinayət işi başlandı


“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı barəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə saat əvvəl Əvəz Zeynallı saxlanılıb və ofisində axtarış aparılır. Eyni zamanda vəkil Elçin Sadıqovun da ofisində axtarış aparılır. 
***
Məlumata görə, Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir. 
Sosial şəbəkədə yaxınlarının verdiyi məlumata görə, Prokuroluq əməkdaşları vəkil Elçin Sadıqovun evindən sənədlər götürərək axtarışı başa çatdırıblar. 


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər