Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb
Tarix: 12-08-2022 22:05 | Bölmə: Cəmiyyət

      Azərbaycan Respublikası Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb. Altıağac kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov həmçinin rayon idarə rəhbərləri iştirak ediblər. Sakinlər onları narahat edən mövzularla bağlı müraciət ediblər.
      Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.
     Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sabaha-inamla.az






Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər