XTQ-nin sabiq Polkovnikinın doğum günü qeyd olundu
Tarix: 13-07-2022 02:03 | Bölmə: Cəmiyyət

Bu günlərdə "Legenda" restoranında XTQ-nin sabiq Polkovniki Samir müəllimin doğum günü qeyd olunub.

                     
Samir müəllim 2002-ci ildən 2018-ci ilə qədər XTQ-nin Təlim Tədris Mərkəzində xüsusi təyinatlılara təlim keçib. O,44 günlük müharibə zamanı da könüllü olaraq xüsusi təyinatlılarla bir yerdə döyüşüb.
                      
O, doğum gününü vaxtilə təlim keçdiyi bir qrup xüsusi təyinantlılarla qeyd edib.
Tədbirdə Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai

                     
Birliyinin sədri Oktay Mirəlizadə və təşkilatın digər məsul şəxsləri Samir müəllimi səmimi qəlbdən təbrik edərək ona can sağlığı arzulayıblar.

                      
Tədbir iştirakçıları çıxışlarında göstərdiyi diqqət və qayğıya görə "Legenda" restoranının müdiri Engin bəyə minnətdarlıqlarını bildiriblər. 
                     
Qeyd edək ki, Samir müəllim Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Sumqayıt şəhəri üzrə şöbə müdiridir. 

Sabaha-inamla.az 


















Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər
14-07-2022, 00:02 Abid Qafarov həbs edildi