Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi
Tarix: 18-05-2022 02:30 | Bölmə: Cəmiyyət

                    Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi



Özünü QHT və sayt rəhbəri kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.
Zaur Mirzəzadə özünü "bakutime.az", "xalq.az" saytlarının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi təqdim edirdi.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər