12:53 / 23-01-2025
İlham Alışanov vəfat etdi
Bütün xəbərlər
İranə Talışxanovaya ağır cəza verildi
Tarix: 10-05-2022 23:54 | Bölmə: Cəmiyyət

                      İranə Talışxanovaya ağır cəza verildi


    Dələduzluqda təqsirləndirilən iş qadını İranə Talışxanova həbs edilib.
    “Qafqazinfo” xəbər verir ki, uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində araşdırılan iş bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə İ.Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, biznes ledi "Run Group” şirkətinin rəhbəri olub. O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib. Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub. Talışxanova 11 nəfəri iş qurmaq adı ilə aldadaraq pullarını mənimsəyib. 
     Bildirək ki, Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.



Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb