Bütün xəbərlər
“28 Maya yaxın Prezident əfv sərəncamı imzalayacaq” - Rəşad Məcid
Tarix: 26-04-2022 21:42 | Bölmə: Cəmiyyət

                    “28 Maya yaxın Prezident əfv sərəncamı imzalayacaq”



Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.
Yazıçılar Birliyinin sədr müavini, Əfv Komissiyasının üzvü Rəşad Məcid iclas haqda “Qafqazinfo”ya açıqlama verib.
Rəşad Məcid iclasın post-pandemiya qaydalarına uyğun olaraq tam onlayn qaydada keçirilmədiyi bildirib.
“Bugünkü iclas tam onlayn qaydada keçirilmədi. Komissiyanın iclasını Əfv Komissiyasının sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açdı. Ölkədə 1995-ci ildən bəri həm ümummilli lider Heydər Əliyevin dövründə, həm Prezident İlham Əliyevin dövründə verilən əfv fərman və sərəncamları haqda danışıldı. Eyni zamanda, builki müraciətlərə baxıldı.
Bu müraciətlərin uyğun gələnləri Əfv Komissiyasının katibliyi tərəfindən hazırlanıb və baxılmaq üçün komissiyanın ixtiyarına verilib. Bundan əlavə, arayışların tərtibindəki yeniliklər informasiya texnologiyasına uyğun olaraq təqdim olunub”.
Rəşad Məcid iclasda, əsasən, ağır cinayətlərlə bağlı müraciətlərə baxıldığını qeyd edib:
“İclas zamanı, əsasən, ağır cinayətlərlə bağlı müraciətlərə diqqət yetirilib. Hər bir fərdi müraciət haqqında səsvermə keçirilir. Bu gün komissiya 3 saatdan artıq müddətdə işləyib və 100-dən çox müraciətə baxılıb.
Belə düşünürəm ki, 28 May - Müstəqillik gününə yaxın Prezident tərəfindən əfv sərəncamı imzalanacaq. Komissiyanın növbəti iclası cümə gününə təyin olundu. Cümə günü də növbəti müraciətlərə baxılacaq”.


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər