Bütün xəbərlər
Bakıda 43 yaşlı həkim vəfat etdi
Tarix: 26-04-2022 13:29 | Bölmə: Cəmiyyət

                      Bakıda 43 yaşlı həkim vəfat etdi



Milli Onkologiya Mərkəzinin həkimi Rəhmət Bağırov 43 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkimin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Həkimin bu gün səhər saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir. Qəfildən ürək ağrısından şikayət edən həkim üçün təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, R. Bağırov Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2010-cu ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb.


Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər