17:27 / 15-09-2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
17:20 / 15-09-2026
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
17:11 / 15-09-2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 / 15-09-2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
12:35 / 15-09-2026
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
12:29 / 15-09-2026
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
18:19 / 14-09-2026
İki gənc əkiz qardaş ölü tapıldı
18:16 / 14-09-2026
İnsult keçirən turist vertolyotla tez bir zamanda təxliyə edildi
18:12 / 14-09-2026
Ukrayna Kanada tərəfindən zəmanət verilən 841 milyon dollarlıq maliyyə yardımı alacaq
18:08 / 14-09-2026
Almaniya Müdafiə Nazirliyi Litvadakı briqada üçün zorla əsgər toplayacaq
18:06 / 14-09-2026
İki NATO kəşfiyyat təyyarəsi patrul xidməti göstərir
18:03 / 14-09-2026
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
18:00 / 14-09-2026
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
17:56 / 14-09-2026
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
17:52 / 14-09-2026
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
17:49 / 14-09-2026
Bir qız süni ağac oyuğunda ilişib qalıb və xilasedicilər ona kömək ediblər
17:44 / 14-09-2026
Avtobus qəzasında doqquz nəfər yaralanıb
17:41 / 14-09-2026
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
17:37 / 14-09-2026
Ər arvadını boğub
17:34 / 14-09-2026
Qazanxanada baş verən baş verən yanğında bir kişi və bir qadın həlak olub
17:28 / 14-09-2026
Ağac yoldan keçənlərin üzərinə aşıb, bir nəfər yaralanıb
17:25 / 14-09-2026
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
17:22 / 14-09-2026
FSB Ukraynadan qara bazara neçə silahın yol tapdığını hesablayıb
17:15 / 14-09-2026
"Cessna" təyyarəsi qəzaya uğrayıb, ölənlər var
17:09 / 14-09-2026
ABŞ Hörmüz boğazının gündə 10 milyon barelə qədər neft daşıdığını bildirib
17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
“Zəfər yolu” üzərində arxeoloji abidələrimiz
Tarix: 18-05-2021 11:58 | Bölmə: Cəmiyyət
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmiş ərazilərdə intensiv tikinti-quruculuq işləri həyata keçirilir. Ölkə rəhbərliyinin birbaşa nəzarəti altında, hazırda respublikamızın qarşısında duran ən ümdə vəzifə — Qarabağda irimiqyaslı bərpa işləri təxirə salınmadan icra edilir.
Bu gün Qarabağda Füzuli rayonunun ərazisi böyük tikinti meydanını xatırladır. Buradan Şuşa şəhərinə çəkilən “Zəfər yolu” Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını mübaliğəsiz olaraq “Kiçik Mesopotamiya” adlandırmaq olar. Təsərrüfat həyatı üçün əlverişli və münbit məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur. Buradakı zəngin təbii və mədəni landşaftı mühafizə edib qorumaq üçü
n ərazinin təcili şəkildə tarixi qoruq elan edilməsinə ehtiyac duyulur.
Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli və institutun Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyevin “Zəfər yolu” üzərində arxeoloji abidələrimiz” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olmuş məlumata görə, inşa edilən “Zəfər yolu”nun marşrutunda, Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilirdi. Bu məlumatı yoxlamaq üçün 2021-ci il mayın 6-da Füzuli rayonunda olduq. Abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə tikinti mütəxəssisləri ilə birgə baxış keçirdik. Müəyyən edildi ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən “Zəfər yolu”nun 35,4 kilometrində, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 metrə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 metr, digərinin diametri isə 40 metrdir. Çox böyük ehtimalla bu təpələr iriölçülü kurqan tipli qəbir abidələridir. İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılmışdı. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanıldı. Xatırladaq ki, hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Qüdrət İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınıb və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib.
Onu da qeyd edək ki, baxış keçirilən sahənin sıx və hündür otlarla örtülü olması, eyni zamanda, güclü yağışdan sonra ətraf yerlərin palçıqlı olması ərazidə geniş müşahidələr aparmağa imkan vermədi. İstənilən halda bu sahə kurqanlarla birlikdə tarixi-arxeoloji əhəmiyyətə malikdir. Gələcəkdə arxeoloji qazıntılar göstərilən abidələrin təyinatı barədə daha dəqiq fikir yürütməyə imkan verəcək.
Qısamüddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, “Zəfər yolu” ilə Köndələnçay arasında, təxminən 650 metr (şərq-qərb) x 350 metr (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib. Burada iriölçülü 20-dən artıq kurqan var. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazmışdı. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilmişdi.
Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı kilometrində, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 kilometr şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülüb, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmadı. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq, minatəmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.
Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən “Zəfər yolu”nun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edildi və bir neçə yeni abidə aşkar olundu. Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edirik. Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı, arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı.

Baxış sayı: 600
Bölməyə aid digər xəbərlər

Dünən, 17:37
Ər arvadını boğub
13-09-2026, 17:04
Əhdi həmin videosuna görə saxlanıldı
13-09-2026, 17:01
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
13-09-2026, 11:20
Polis iki yeniyetməni vuran sürücünü axtarır
10-09-2026, 18:47
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
10-09-2026, 17:37
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
9-09-2026, 14:44
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
9-09-2026, 12:52
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
9-09-2026, 12:41
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
8-09-2026, 19:04
Qətl şübhəsi ilə saxlanılıb
7-09-2026, 16:21
Logistika şöbəsinin rəisi saxlanılıb
6-09-2026, 20:33
Qıza atəş açan yeniyetmə ev dustaqlığına buraxılıb
6-09-2026, 20:08
Üç yaşlı oğlan pəncərədən yıxıldıqdan sonra sağ qalıb
3-09-2026, 18:22
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
3-09-2026, 17:51
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
3-09-2026, 12:54
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
2-09-2026, 19:26
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
1-09-2026, 19:59
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
31-08-2026, 16:50
Polis rəqiblərini döyən iki kişini saxlayıb
31-08-2026, 16:31
24 yaşlı kişini qatar vuraraq öldürüb
27-08-2026, 20:13
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
27-08-2026, 18:43
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
27-08-2026, 18:40
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
27-08-2026, 18:02
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
26-08-2026, 19:04
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
26-08-2026, 18:04
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
26-08-2026, 17:36
Ağacları kəsərkən öldü
25-08-2026, 21:11
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
25-08-2026, 19:55
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
25-08-2026, 19:34
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
24-08-2026, 17:58
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
24-08-2026, 17:41
İki qıza qarşı zorakılığa görə həbs cəzası alıb
24-08-2026, 17:36
Taksi sürücüsünü döyən barədə cinayət işi açılıb
23-08-2026, 20:34
Bir əsgər mübahisə zamanı əsgər yoldaşını güllələyərək öldürüb
23-08-2026, 20:11
Baş verən qəzada xəsarət alan bir kişi vertolyotla təxliyə edilib
23-08-2026, 20:05
Bir ay əvvəl itkin düşən traktor sürücüsü insanlara müraciət edib
19-08-2026, 10:05
Ögey atasını öldürməkdə təqsirli bilinib
18-08-2026, 22:41
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
18-08-2026, 21:51
Avtobusa daş atan uşağa hücum etdi
18-08-2026, 12:41
Mülk üstündə oğullarını güllələyərək öldürüb