Bütün xəbərlər
Azad Rəhimov dəfn olundu - Fotolar + Yenilənib
Tarix: 02-05-2021 12:17 | Bölmə: Cəmiyyət

                   Azad Rəhimov dəfn olundu


Mərhum gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.
"Qafqazinfo" xəbər verir ki, onun nəşi II Fəxri Xiyabana gətirilib.
Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 
Aprelin 30-da 56 yaşında vəfat edən Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.
***
Mərhum gənclər və idman naziri Azad Rəhimov II Fəxri Xiyabanda torpağa tapşırılıb. 
Fotolar: Pərvin Zeynal





Baxış sayı: 484


Bölməyə aid digər xəbərlər