Bütün xəbərlər
“Şuşa” restoranındakı toyun qarşısı alındı - Video
Tarix: 12-04-2021 13:40 | Bölmə: Cəmiyyət

                “Şuşa” restoranındakı toyun qarşısı alındı



Bakının Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkarlanıb. 
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcək.

             


Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər