Bütün xəbərlər
Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkildi - FOTOLAR
Tarix: 29-03-2021 16:37 | Bölmə: Cəmiyyət

                   Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkildi- FOTOLAR



Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcılı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı  üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur. 
Unikal.org xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkiatçılığı  ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayaonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək. 
Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər  ekosistemin yaxşılaşdırılmasına  xidmət  göstərir. 
Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkildi- FOTOLAR
Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkildi- FOTOLAR
Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkildi- FOTOLAR










Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər