Bütün xəbərlər
Lisey direktoru tələbələrdən rüşvət aldığı üçün saxlanılıb
Tarix: 25-02-2021 18:22 | Bölmə: Cəmiyyət

                     Lisey direktoru tələbələrdən rüşvət aldığı üçün saxlanılıb


Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun saxlanılmasının detalları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ş.Şükürovun cinayət əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilib.
Şəmil Şükürov liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində xeyli miqdarda pul vəsaitini rüşvət qismində aldığı məlum olub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Şəmil Şükürov istintaqa cəlb olunub.


Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər