Bütün xəbərlər
Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi
Tarix: 13-02-2021 01:08 | Bölmə: Cəmiyyət

Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi


Vətən Müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, söhbət MAXE əsgər Aslanov Bəxtiyar İlqar oğlundan gedir.
1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb.
Sonuncu dəfə ailəsi ilə müharibə başladığı gün danışan Aslanov Bəxtiyar sabah Naftalanda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidimiz Şuşa şəhərindəndir.
Allah rəhmət eləsin!


Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər