23:29 / 24-02-2021
Gürcüstanda daha bir istefa
Qiymətləndirmədə kömək edən valideynlər barədə açıqlama
Tarix: 27-01-2021 14:56 | Bölmə: Cəmiyyət

                   Qiymətləndirmədə kömək edən valideynlər barədə açıqlama


“Bəzən zəif şagirdlər qiymətləndirmədə yüksək bal toplayırlar. Bunu nəzərə alaraq qiymətləndirmənin aparılması məsuliyyətinin bir hissəsi müəllimə verilib. Həmçinin belə halların aradan qaldırılması üçün qiymətləndirmə üsulunu seçmək də müəllimin üzərinə qoyulub. Çünki müəllim dərs keçdiyi şagirdi daha yaxşı tanıyır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, əgər valideyn bilərək şagirdə kömək edirsə, şagird yüksək qiymət alırsa, bu zaman müəllim uduzmur, şagird uduzmuş olur: “Valideyn öz övladına kömək edibsə, o, öz övladına yalan danışıb. Biz burada heç nə edə bilmərik”. 
M. Vəliyeva bildirib  ki, əgər qiymətləndirmə ilə bağlı digər neqativ hallar olarsa, apelyasiyaya müraciət olunmalıdır. Birinci yarımilin qiymətlərindən narazı olanlar fevral ayı ərzində apellyasiya ilə bağlı məktəb rəhbərliyinə müraciət edə bilərlər.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər