Bütün xəbərlər
Masallı rayon xəstəxanasında əməliyyat keçirildi - Baş həkim saxlanıldı
Tarix: 22-01-2021 20:42 | Bölmə: Cəmiyyət

                    Masallı rayon xəstəxanasında əməliyyat keçirildi


Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. 
Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.


Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər