Bütün xəbərlər
“Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir” - Əfv Komissiyasının üzvü
Tarix: 20-01-2021 19:20 | Bölmə: Cəmiyyət
                      

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar gedir. Əfvlə bağlı həddən artıq müraciətlər edilib”.
Bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:
“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi, əfv addımlarını əldə rəhbər tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.


Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər