Bütün xəbərlər
Bakı küçələri bu saatlarda xüsusi texnikalarla yuyulacaq - Video
Tarix: 22-03-2020 00:55 | Bölmə: Sosial

              Bakı küçələri bu saatlarda xüsusi texnikalarla yuyulacaq

Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaqdır.
Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. 
Qeyd olunub ki, bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaqdır.
                  


Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər