"Putinə dedim ki, sənin orada nə işin var?" - Ərdoğan
Tarix: 29-02-2020 19:15 | Bölmə: Siyasət

              "Putinə dedim ki, sənin orada nə işin var?" -Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə 33 hərbçinin şəhid olmasından sonra Rusiya prezidenti Vladimir Putinlə apardığı telfon danışıqlarının detallarını açıqlayıb.
Unikal.org xəbər verir ki, Ərdoğan Putinə İdlibdən çəkilməyi təklif edib:
"Putinə telefonda danışdım. Bildirim ki, çəkilin aradan, bizi Rejim ilə baş-başa buraxın. Putinə dedim ki, sənin orada nə işin var? Bir baza quracaqsınız, qurun."
Ərdoğan bəyan edib ki, Suriya məsələsi heç vaxt onlar üçün üçün bir macəra deyil: "Suriyadakı mübarizəmizi anlaya bilməyənlər var. Ssenarinin hədəfi Suriya deyil, Türkiyədir. Dünən axşamdan 7 kimyəvi məhsulların olduğu zavodda partladılıb. İşlərin buraya gəlməsini istəməzdik. Bizi buna məcbur etdilər. Nəticələrini də özləri daşıyacaqlar. Biz Suriyadan, müsəlman ölkələrindən müharibə səbəbindən Türkiyə vasitəsilə Avropa keçmək istəyən miqrantlar üçün də qapılarımızı açdıq. Hazırda 18 min adam sərhədi keçib. Axşama qədər 25 min olacaq. Mən Almaniya kansleri Angela Merkelə dedim ki sizə 100 milyon avro verəcəm, qaçqınlara baxarsız”.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər
19-03-2020, 20:06 Baş Nazir iclas keçirdi
10-03-2020, 11:39 Prezident Milli Məclisdə