Bütün xəbərlər
Ramin Quluzadə Latviya səfiri ilə görüşdü
Tarix: 16-01-2020 18:08 | Bölmə: Siyasət

                 Ramin Quluzadə Latviya səfiri ilə görüşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya Respublikasının Azərbaycandakı fövqəladə və Səlahiyyətli əfiri Dainis Qarançs ilə görüşüb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, nazirlikdə baş tutan görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il Azərbaycanda keçiriləcək 26-cı “Bakutel-2020” Telekomunikasiya, Innovasiya və Yüksək Texnologiyalar sərgisində Latviya pavilonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.
Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər