Bütün xəbərlər
“ABŞ sülhə hazırdır” - Tramp İrana çağırış etdi
Tarix: 09-01-2020 02:22 | Bölmə: Siyasət

              “ABŞ sülhə hazırdır”

"Qasim Süleymani yeni hücum planlaşdırırdı, onu dayandırdıq".
"Qafqazinfo" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Trampın sözlərinə görə, ABŞ sülhə hazırdır: "İran nüvə silahı sevdasından əl çəkməlidir. Dünyanı daha təhlükəsiz bir duruma gətirməliyik. İran böyük potensialını gerçəkləşdirmək üçün yeni bir razılaşma etməlidir. NATO Yaxın Şərqdə daha çox yer almalıdır. ABŞ ordusu çox güclüdür. Raketlərimiz güclü və öldürücüdür. Biz bunlardan istifadə etmək istəmirik. 3 ay öncə İŞİD-i 100 faiz aradan götürdük, Bağdadini öldürdük. İŞİD də İranın düşmənidir. Biz İranın da böyük gələcəyə sahib olmasını istəyirik. Bunun üçün ABŞ sülhə hazırdır.
Dünyada bir nömrəli təbii qaz və neft istehsalçısıyıq. Orta Şərqin neftinə ehtiyacımız yoxdur”".


Baxış sayı: 504


Bölməyə aid digər xəbərlər