13:57 / 27-01-2020
TƏBRİK EDİRİK!
09:01 / 26-01-2020
TƏBRİK EDİRİK!
22:27 / 25-01-2020
Əli Əsədovdan yeni qərar
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Tarix: 11-12-2019 15:27 | Bölmə: Siyasət
                 

“Zeynəb Xanlarova gələcək planları barədə bizə məlumat vermir".
Bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:
"Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".
Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.
Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb...


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər
11-01-2020, 17:49 İsa Qəmbərin rəqibləri