16:17 / 28-02-2020
Virusdan necə qorunmaq olar?
İqbal Ağazadə bu dəfə “Naximov”da izdiham yaratdı - Fotolar
Tarix: 27-01-2020 21:15 | Bölmə: Reportaj

               İqbal Ağazadə bu dəfə “Naximov”da izdiham yaratdı

35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Naximov küçəsinin sakinləri ilə görüşüb.  "Qafqazinfo" xəbər verir ki, deputatlığa namizədin təklifilə Daşaltı şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
İ. Ağazadə məhəlli problemlərini dilə gətirərək qeyd edib ki, bizi təkcə bir məhəllənin, bir rayonun yox, bütün ölkənin problemləri narahat edir: "Mən Milli Məclisdə deyə bilmərəm ki, Naximov küçəsindəki uşaqlara uşaq pulu verilsin, təqaüdçülərin pensiyası artırılsın. Mənim dərdim bəllidir, bu ölkənin insanı normal yaşasın, normal qidalansın, sağlam olsun".
Daha sonra çıxış edən İ. Ağazadə bildirib ki, mənim heç kimlə problemim yoxdur: "deyirlər ki, İqbal Ağazadənin hökumətlə problemi var. Mən burda deyirəm, qoy hər kəs eşitsin, bu xalqın haqqını tapdayan hər kəslə mənim problemim var. Uşaqpulu verilmirsə, məhkəmələr ədalətli deyilsə, insanlardan rüşvət alınırsa, torpaqlarımız işğaldan azad edilmirsə, problemim var. Başqa mənim heç kimlə problemim yoxdur. Hökumət bu problemləri həll etsə, mənim onunla da problemim olmaz. Qoy seçici ilə problemi olanlar narahat olsun".
Qeyd edək ki, bu görüşdə də izdiham yaşanıb. Sonra seçicilər İ. Ağazadəyə bildiriblər ki, mütləq seçkiyə gələcəklər və məhz ona səs verəcəklər.






Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər