19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
Əmir Pəhləvan: "Bütün yer kürəsinin ən böyük cehizi mədəniyyət bizi bəşəri hisslərlə yaşatmağa səsləyir." -MÜSAHİBƏ
Tarix: 25-11-2017 22:30 | Bölmə: Mədəniyyət
Əmir Pəhləvan jurnalist kimi fəaliyyətə başlayıb və bir neçə mətbu orqanlarında işləyib. Sanballı məqalələri ilə özünü bir jurnalist kimi təsdiq edə bilib. Sonralar isə bu sadə, səmimi insan, dəyərli ziyalı, kinossenarilər yazıb, rejissorluq fəaliyyətinə başlayıb. Bədii yaradıcılıqla məşğul olub. Dram əsərləri yazıb. Əsərləri bir çox dünya xalqlarının dilinə tərcümə olunub. 15 film və 70 kitabın müəllifi, dünyanın bir neçə nüfuzlu ödüllərinin sahibidir.
-"İlham” qəzetinin yenidən nəşri mümkündürmü?
-"Qarabağ şikəstəsi” filminiz sizin nəzərinizdə komediyadır, yoxsa faciədir?
-Daha nələr üzərində fikirləşirsiniz?
-Rejissor olmağınız hansı zərurətdən yarandı?
-Kino tənqidçilərinin bir cür, tamaşaçıların bir cür baxışı var. Mən burda millətin ağrılı yerini göstərmişəm.Çoxları deyir ki, milləti millətə göstərmək olmaz. Necə göstərmiyəsən ki, yiyəsizlik, sahibsizlik, düşüncəsizlik, məsuliyyətsizlik və səviyyəsizlik baş alıb gedir. Reallıq budur..Bunu tragikomediya kimi vermişəm. Bu bizim faciəmizdir. Əsərin qəhrəmanı ana dilində danışmaq istəmir.Bu nə deməkdir?! Anan səni dünyaya gətirəndə bağrına basıb ana dilində layla çalıb, əzizləyib. Sən ananın dilini necə unuda bilərsən. Ana dilini unudursansa, vətəni, özünü, qan yaddaşını unudursan. O baxımdan filmin çox böyük tarixi əhəmiyyəti var...
-Hazırda hansı film üzərində işləyirsiniz?
-O barədə düşünməmişəm. Türk sultanlarının həyatı ilə bağlıı əsər yazmışdım. Qazaxstanda həmin əsəri dəyərləndirdilər, dövlət səviyyəsində mükafat verdilər. "Manas bayatıları” və "Dahilər yurdu”adlı kitabları yazdım. Buna görə Qırğızıstan prezidentinin iki mükafatını aldım.Mən o əsərləri yazanda mükafat üçün yazmamışdım. Onlar məni mükafatlandırdılar. Bu da mənə yeni ruh verdi.
-Azərbaycan teatrlarında nümayiş etdiriləcək bir əsər üzərində düşünürsünüzmü?
-Xobbiniz nədir?
-Filmlərinizin əksəriyyətində böyük sənətkarımız Yaşar Nuri oynayır. Bu barədə nə deyə bilərsiniz?
Orda bir neft buruğu var idi. Çəkiliş zamanı Yaşar Nuri qəfildən hönkür-hönkür ağladı. Bu ağlamaq Yaşar Nurinin timsalında həm də millətimizin göz yaşlarıydı. Bu ağlamaq keçmişimizə, taleyimizə,
-Müsahibəyə görə çox sağ olun, Əmir müəllim. Allah Sizi millətimizin baş üstündən əskik eləməsin.Tanrı Sizi qorusun.Uğurlar...
Baxış sayı: 2 124
Bölməyə aid digər xəbərlər
Tarix: 25-11-2017 22:30 | Bölmə: Mədəniyyət
"Gələcəyi nurlu olan müstəqil Azərbaycanımızın sabahıdır bu!"
Əmir Pəhləvan jurnalist kimi fəaliyyətə başlayıb və bir neçə mətbu orqanlarında işləyib. Sanballı məqalələri ilə özünü bir jurnalist kimi təsdiq edə bilib. Sonralar isə bu sadə, səmimi insan, dəyərli ziyalı, kinossenarilər yazıb, rejissorluq fəaliyyətinə başlayıb. Bədii yaradıcılıqla məşğul olub. Dram əsərləri yazıb. Əsərləri bir çox dünya xalqlarının dilinə tərcümə olunub. 15 film və 70 kitabın müəllifi, dünyanın bir neçə nüfuzlu ödüllərinin sahibidir.
Bu günlərdə tanınmış jurnalist, yazıçı,kinossenarist Əmir Pəhləvanla görüşüb çoxşaxəli yaradıcılığı barədə söhbət etdik.
-Əmir müəllim, vaxtilə mətbuat bolluğunda "İlham” qəzeti öz dəsti xəttilə seçilirdi. Qəzetin öz auditoriyası var idi. Ənənəvi sovet mətbuatından və sovet ədəbiyyatından fərqli bir təmayül idi. Bu proqram niyə inkişafdan qaldı?
-Sovet dövrünün ənənəvi mətbuatı və ənənəvi oxucuları olduğu kimi, ənənəvi müxalifəti də var idi. Hesab edin ki,ateist dövlətin rəsmi icazəli ilahiyyatçı dini idarələri də var idi. Söhbətimiz dini auditoriya haqqında deyil. Yəni yalandan Xuruşşov mülayimləşməsindən sonra saxta, qeyri-formal "yaradıcı narazılar” qrupları formalaşdırılmışdı. Açıq deyim ki, bu narazılar "İlham” qəzetinin ətəyində bardaş qurub oturmuşdular. Bizi siyasətə və öz qrup münaqişələrinə, gələcək gizli amallarına qurban verdilər. Kiçik bir qəzet, kiçik bir maliyyə gücü ilə və kiçik bir yaradıcı heyyətlə böyük bir totalitar sistem qarşısında duruş gətirə bilməzdi. Və gətirmədi. Kimlərə və nələrəsə göstərdiyimiz səmimi xidmətlər başımızın üzərindəki əllərdə baltaya döndü. Və bizi doğradı. Deməzdim ki, "İlham” qəzeti repressiyaya uğradı. Ən dəhşətlisi odur ki, "İlham” tarixdən silindi. Onun adı hətta mətbuat ensiklopediyalarına salınmadı. Xeyirxahlığımız baş bəlamız oldu.
-Hər bir şeyin vaxta ehtiyacı var. Zamana görə bu tələm-tələsik işlərinizdən yana buraxdığınız səhvləri korrektə etmək üçün yeni bir çağa ehtiyac duyursunuzmu?
-Duyuram. Hesab edirəm ki, ölkəmizdə yeni siyasi əxlaqa ehtiyac var. Dostu düşməncə arxadan vuranların "kitabları” bağlanmağa məhkumdur. Ölkə başçısı İlham Əliyev bu zərurəti vaxtında duyub. Hüquqi sistemdə dəyişikliklərə start verilib...İnanıram ki, bu xətt yeni kadr strategiyasına rəvac verəcək. Bunu hamı kimi mən də gözləyirəm.
]
-"İlham” qəzetinin yenidən nəşri mümkündürmü?
- Azərbaycan mühitində ilk demokratik xalqçı mətbu nəşri olan "İlham” qəzeti yeni dövr üçün cəmiyyətdə mədəniyyət və mədəniyyətdaşlığımızın çağdaş bünövrəsini qoydu. Digər tərəfdən isə başımıza "pozitiv” görünmək istəyən neqativ sürüsünün toplanması da məhz bu səbəbdən baş verdi. Ayda 80 min nüsxə ilə tirajlanan "İlham”ın bu mənada Azərbaycanın milli məfkurə tarixində yerini heç kim və heç nə əvəz edə bilməyəcəkdir. "İlham”ın təkrar nəşrinə ehtiyac görmürəm. O ki, qaldı səhvlərimizin korrektəsi üçün ehtiyac olunan "yeni bir çağa”-məncə buna da ehtiyac yaranıb. Çünki ən böyük korrektə elə zamanın özüdür. Mənim timsalımda və varlığımda "İlham” qəzeti bu gün də fəaliyyətdədir. Bu proses mənəvi müstəvidədir.
]
-"Qarabağ şikəstəsi” filminiz sizin nəzərinizdə komediyadır, yoxsa faciədir?
-Şəxsən mənim və mənim xalqım üçün faciədir. Ola bilsinki bu faciədən faydalanmış bir çox ünsürlər üçün komediyadır.
]
-Daha nələr üzərində fikirləşirsiniz?
-Mən Şimal Buzlu Okeanda uzunömürlü şimal buzların əriməsi haqqında daha çox fikirləşirəm. Görəsən ərimə prosesi mənim xalqımı üşüdəcək, yoxsa qızındıracaq?!
-Desəm ki, heç nə başa düşmədim, inanın...
-İnşallah, Avrasiya məkanı üçün çəkəcəyim filmləri görəndə məni daha yaxşı başa düşəcəksiniz!
-Özümüzü necə qorumalıyıq və dünya ilə hansı dildə danışmalıyıq?
-Şumerlərdən üzü bu yana incəsənətimiz, ədəbiyyatımız zaman-zaman həmişə yad çəkici altında əzilib. Düşmənlərimiz nəinki torpaqlarımızı, hətta ədəbi nadir nümunələrimizi, incəsənət yaddaşlarımızı ilhaq eləməyə cəhd göstəriblər. Və təəssüf ki, bəzən buna nail olublar da.Toponomik yozumlarda bizi çox qabaqlayıblar. Hələ sovetlər dönəmində bərpa adıyla neçə-neçə tikililərə öz ştrixlərini həkk eləyiblər. Amma bu proseslər nə qədər insafsızcasına getsə belə tanrı eşqi həqiqəti öz yerinə qoyub, ilahi sevdası əllərimizdə tutub Azərbaycanımızı,son anda düşmənlərimizə göz dağı kimi daha da qürurlu edib. Tarix bizi çəkdiyi ağır sınaqları "Turanı qılıncdan daha kəskin ulu qüvvət:-mədəniyyətin xilas edəcəyi” statusu ilə yaşamalıyıq. Çünki həmişə düşünmək və fikirləşmək hüququndan məhrum olduğumuzu dərk edə-edə bizi əsrin bu karbohidrogen fəlakətlərindən ağıl və mədəniyyət silahının qurtaracağına inanmalıyıq. Başqa yolumuz yoxdur. Bugünkü gənclik də yaşadıqları illərin acı dərslərindən nəticə çıxararaq dahi sənətkarımız Hüseyn Cavidin mədəniyyət amalına sadiq qalmalıdırlar.
Bütün yer kürəsinin ən böyük cehizi mədəniyyət bizi bəşəri hisslərlə yaşatmağa səsləyir. Gələcəyi nurlu olan müstəqil Azərbaycanımızın sabahıdır bu!
]
-Rejissor olmağınız hansı zərurətdən yarandı?
-Mənim qəzetçilik fəaliyyətimdən kino incəsənətinə adlamağım 90-cı illərdə baş verdi. O vaxt artıq elə bir zaman yetişmişdi ki, mən qəzetdən çox, həm millətçiliyi, həm də Azərbaycanın ağrı-acılarını ekran vasitəsilə dünya ictimayyətinə çatdırmaq istəyirdim. Təbii ki, jurnalist fəaliyyətimdə də çox insanlarla tanış olmuşdum. "Kinostudiya”da tez-tez olurdum. Təcrübə keçmişdim. Orda redaktorlarla, rejissorlarla, operatorlarla çoxlu bağlantılarım var idi. Fəaliyyətə kinossenarist kimi başladım. Və ona qədər də bir neçə dəfə o "Mozalan” kino-jurnalında süjetlərə ssenari yazmışdım. Ora məni rəhmətlik Nüsrət Kəsəmənli dəvət etmişdi. Ən uğurlu ilk ssenarim, təsiçisi, prodüsseri olduğum "Fransız” filmi oldu. Həmin filmin rejissoru Vaqif Mustafayev idi. Onunla da o ərəfələrdə tanış idik. Görüşürdük , kino tarixindən, kino incəsənətindən söhbətlər edirdik. Günlərin birində mən ona öz yeni kitabımı bağışladım. Həmin kitabda mənim "Əhlikef” povestimi oxumuşdu, xoşu gəlmişdi. Demişdi ki, çox istərdim ki, bunun ssenarisi yazılsın. Maliyyə qaynağı da tapılsa film çəkərdik.
Mən də film ssenasisini yazdım. O da rejissor ssenarisini. Hər iki ssenarini birləşdirdik. Ordan-burdan pul tapdıq, həmin film ərsəyə gəldi. Sonralar "Qarabağ şikəstəsi”, "Spasibo”, "Qız qalası” filimləri çəkildi. Artıq mən kinonun içində idim. O filmlərin ssenarisini yazdım, həm də rejissorluq fəaliyyətinə başladım. Uğurlu alındı.
Filimlərim xarici ölkələrdə keçrilən festivallarda uğurlu yer tutdu. Əmin oldum ki, çəkdiyim filimlər alınıbdı. nəhayət, rejissor kimi də mən öz sözümü demişəm.
-Ssenarisini yazdığınız"Fransız” filmi böyük mükafatlar aldı. Sizə elə gəlmirmi ki, bu ssenarinizlə Mirzə Cəlilin "Anamın kitabı əsəri ilə yaxınlıq, oxşarlıq var?
]
-Kino tənqidçilərinin bir cür, tamaşaçıların bir cür baxışı var. Mən burda millətin ağrılı yerini göstərmişəm.Çoxları deyir ki, milləti millətə göstərmək olmaz. Necə göstərmiyəsən ki, yiyəsizlik, sahibsizlik, düşüncəsizlik, məsuliyyətsizlik və səviyyəsizlik baş alıb gedir. Reallıq budur..Bunu tragikomediya kimi vermişəm. Bu bizim faciəmizdir. Əsərin qəhrəmanı ana dilində danışmaq istəmir.Bu nə deməkdir?! Anan səni dünyaya gətirəndə bağrına basıb ana dilində layla çalıb, əzizləyib. Sən ananın dilini necə unuda bilərsən. Ana dilini unudursansa, vətəni, özünü, qan yaddaşını unudursan. O baxımdan filmin çox böyük tarixi əhəmiyyəti var...
]
-Hazırda hansı film üzərində işləyirsiniz?
-Bədii film üzərində işləmirəm. Amma üç sənədli filmin ssenarisi var. Onların çəklişi ilə məşğulam. Əvvəlcədən demək istəmirəm. Ola bilər ki, maliyyə vəsaiti tapılmasın, işlərim yarımçıq qalsın. Ona görə tamaşaçıları nigaran qoymaq istəmirəm.
-Azərbaycanda rejissor qıtlığını hiss eləyirsinizmi?
-Mənə elə gəlir ki, Azərbaycanda rejissor qıtlığı olmaz. İdeyalar tapmaq baxımındna çətinlik olar. Eləsi var ki, ideyası var, maliyyə baxımından çətinlik çəkir. Film kollektiv bir işin əldə elədiyi istehsal sahəsidir. Üç-beş nəfərlə film çəkmək olmaz. Burda böyük bir qüvvə - kollektiv olmalıdır. Həmin kollektiv varsada mənim xəbərim yoxdur, mən onu hələ görməmişəm.
-Sizin filmləriniz xarici dövlətlərdə yüksək mükafatlara layiq görülüb. Böyük mükafatlar almısınız. Düşündünüzmü ki, bir fəxri ad alasınız?
]
-O barədə düşünməmişəm. Türk sultanlarının həyatı ilə bağlıı əsər yazmışdım. Qazaxstanda həmin əsəri dəyərləndirdilər, dövlət səviyyəsində mükafat verdilər. "Manas bayatıları” və "Dahilər yurdu”adlı kitabları yazdım. Buna görə Qırğızıstan prezidentinin iki mükafatını aldım.Mən o əsərləri yazanda mükafat üçün yazmamışdım. Onlar məni mükafatlandırdılar. Bu da mənə yeni ruh verdi.
Əlbəttə dövlət tərəfindən verilən mükafat çox önəmlidir, gözəldir. Mən Los Angeles-də "İnsanlıq” mükafatını almışam. Bu mükafatı possovet məkanında heç kəs almayıbdır. Mən mükatlar üçün əsər yazmamışam, film çəkməmişəm. Qran-prilər almışam. Dünyanın bir çox festivallarında iştirak etmişəm, pul mükafatları almışam.
]
-Azərbaycan teatrlarında nümayiş etdiriləcək bir əsər üzərində düşünürsünüzmü?
-Yeni pyeslərim var. Hələ kitab şəkilində çıxmayıb. Bir neçəsini də hazırlaylram ki, onları burda nəşr etdirim. Pyeslər məhəbbət və tarixi mövzudadır.Mənim vaxtilə Bakı Bələdiyyə Teatrında "İnsan və İblis”, Musiqili Komediya Teatrında isə "İstədiyim yar idi” dram əsərlərim tamaşaya qoyulub.
-Hansı arzularla yaşayırsınız?
-Arzularım odur ki, torpaqlarımız işğaldan azad olunsun. Mənim ağrılı yerim budur. Qarabağımız qaytarılsın. Azərbaycan dünyada öz haqqını axıra qədər tələb eləsin. Dünya dövlətləri içərisində mənim dövlətim var. Mən bununla fəxr edirəm.
]
-Xobbiniz nədir?
-Dünyanın ən nadir inci kitablarını toplamaq və saxlamaqdır. Mən dünyanın bir çox ölkələrindəki arxivlərdə işləmişəm. Azərbaycan tarixi ilə bağlı arxiv sənədlərinin üzünü köçürmək və gələcəkdə bir kitab nəşr
etdirmək istəyirəm. Elə arxiv materialları var ki, bu gün Azərbaycan ictimai-siyasi həyatında açıqlanmayıb, o barədə məlumat verilməyib. "Nobellər” haqqında film çəkmişəm, bu haqda Almaniyada iki romanım nəşr olunub.Bunlara görə də kiçik mükafatlar almışam. Onlar haqqında topladığım materiallarda elə faktlar üzə çıxdı ki, mən onlara heç yerdə rast gəlməmişdim. Nobel mükafatını ilk dəfə Alfred Nobel yox, onun ortancıl qardaşı Lüdviq Nobel təsis edib. Həmin mükafatın adı "Beynəlxalq neft” mükafatı adlanıb. Həmin mükafat iki dəfə verilib. İkisini də Bakılı alıb.
]
-Filmlərinizin əksəriyyətində böyük sənətkarımız Yaşar Nuri oynayır. Bu barədə nə deyə bilərsiniz?
-Yaşar Nuri təpədən dırnağa qədər gözəl aktyor, incəsənət xadimidir. İstedadlı bir aktyor, korifey sənətkarımız, həm də gözəl dost idi.Həmişə düşünürdüm ki, yazdığım obrazı, hansı sənətkar oynaya bilər? Onun üçün də filimlərimin hamısına böyük sənətkarımız Yaşar Nurini dəvət eləmişəm. O da böyük məmuniyyətlə gəlib və həmin rollarını profesianallıqla oynayıb. Onunla bağlı bir xatirə söyləmək istəyirəm. Bayrağımız haqqında "Spasibo” filminin bir epizodunu Bakının Bayıl qəsəbəsində çəkirdik.
]
Orda bir neft buruğu var idi. Çəkiliş zamanı Yaşar Nuri qəfildən hönkür-hönkür ağladı. Bu ağlamaq Yaşar Nurinin timsalında həm də millətimizin göz yaşlarıydı. Bu ağlamaq keçmişimizə, taleyimizə,
tariximizə ağlamaq idi. Vaxtilə Bakı neftini 1879-cu ildən bəri inhisara alan xarici qüvvələrin və neft maqnatlarının yeraltı və yerüstü sərvətlərimizə zaman - zaman etdikləri talançılığın acı göz yaşları idi.
]
-Müsahibəyə görə çox sağ olun, Əmir müəllim. Allah Sizi millətimizin baş üstündən əskik eləməsin.Tanrı Sizi qorusun.Uğurlar...
Namiq MƏMMƏDLİ
Baxış sayı: 2 124
Bölməyə aid digər xəbərlər
6-10-2026, 20:04
Fazil Məmmədov nazir müavini təyin olundu
29-09-2026, 18:03
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
29-09-2026, 17:51
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı













