Kırmızıgül Mübariz Mənsimova belə dəstək oldu
Tarix: 18-03-2020 10:59 | Bölmə: Mədəniyyət

              Kırmızıgül Mübariz Mənsimova belə dəstək oldu

Müğənni-aktyor Mahsun Kırmızıgül martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, məşhur sənətçi rəsmi feysbuk səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib:
“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb. 20 illik dostum olan Mübariz Mənsimovun tez bir zamanda azadlığa qovuşmağını diləyirəm. Sonuna qədər onun yanındayam”.





Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
29-02-2020, 11:16 Xalq artisti vəfat etdi