21:42 / 24-03-2026
ABŞ İranla bir neçə mərhələdə məşğul olmaq istəyir
20:36 / 24-03-2026
Səudiyyə taxtının varisi Trampdan İrana hücum etməyə davam etməsini istəyir
20:31 / 24-03-2026
Məhkəmə YouTube-a giriş təmin edən şirkəti cərimələyib
20:26 / 24-03-2026
İran üzərindəki münaqişəyə son qoymaq üçün heç bir perspektiv görmür
20:21 / 24-03-2026
Atışmada iştirak edən altı nəfər günahkar bilinib
20:16 / 24-03-2026
Partlayış nəticəsində zərər çəkmiş evdən xilasedici pişiyi çıxardı
20:11 / 24-03-2026
Çin yeni Rusiya raketi "İzdeliye 30"-u qiymətləndirib
20:02 / 24-03-2026
Təqaüdçü xilas edilib
19:56 / 24-03-2026
Şimali Koreya Cənubi Koreya ilə danışıqlardan əvvəl mövqeyini sərtləşdirir
19:47 / 24-03-2026
Pornoqrafiyaya görə bir qadına 20 il həbs cəzası verdi
19:34 / 24-03-2026
Rusiyaya 500-dən çox mini-bomba idxal edilib
19:28 / 24-03-2026
İran ABŞ-dan qısamüddətli atəşkəs deyil, davamlı sülh tələb edir
19:22 / 24-03-2026
Rubio Fransada keçiriləcək G7 Xarici İşlər Nazirlərinin görüşündə Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək
19:17 / 24-03-2026
Tramp Hindistan Baş naziri ilə İran münaqişəsini müzakirə etdi
19:12 / 24-03-2026
Meymun çiçəyi xəstəliyi qeydə alınıb
19:09 / 24-03-2026
Dörd nəfərin ölümünə səbəb olan yanğında şübhəli bilinən şəxs həbs edilib
19:06 / 24-03-2026
Təhsil Nazirliyi uşaqların telefon istifadəsinə qoyulan qadağa ilə bağlı müzakirələr aparır
18:59 / 24-03-2026
Çuvaşiya məhkəməsi Rusiya Silahlı Qüvvələrinə qarşı qiyabi döyüşən Ukrayna əsilli bir şəxsə hökm oxuyub
18:48 / 24-03-2026
Ştaynmayer ABŞ və İsrailin İrana hücumunu pislədi
22:04 / 23-03-2026
Rusiyaya gəlməzdən əvvəl tibbi müayinədən keçəcəklər
22:00 / 23-03-2026
Baş verən yanğında iki uşaq öldü
21:56 / 23-03-2026
100 hərbçini daşıyan təyyarə qəzaya uğrayıb
21:51 / 23-03-2026
İran Parlamentinin sədri ABŞ ilə danışıqların aparıldığı iddialarını saxta xəbər adlandırıb
21:40 / 23-03-2026
Lavrov və Misir xarici işlər naziri telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
21:37 / 23-03-2026
ABŞ-ın obyektləri bombalamaqla bağlı təhdidlərindən sonra iranlılar elektrik stansiyalarının yaxınlığında toplaşıblar
21:34 / 23-03-2026
İran Trampı səmadakı "sürprizi" qaçırmamaq üçün sosial mediadan fasilə verməyə çağırdı
21:31 / 23-03-2026
Moskva metrosunda bibər qazı istifadə edən saxlanılıb
21:28 / 23-03-2026
İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrandakı qərargah və obyektlərə endirilən zərbələr barədə məlumat verib
19:32 / 23-03-2026
Bazar ertəsi günü ABŞ-İran danışıqlarının yeni mərhələsi keçiriləcək
19:08 / 23-03-2026
24 il əvvəl törədilmiş ikiqat qətl hadisəsinə görə məhkəmə qarşısına çıxacaq
19:05 / 23-03-2026
Cibində intihar qeydi olan rus kişinin cəsədi tapılıb
13:53 / 23-03-2026
Ekspert Uvarov: "ABŞ və İsrail İranı nüvə qəzası təhlükəsi ilə qorxudur"
13:47 / 23-03-2026
Bir ekspert zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması ideyası barədə danışıb
13:44 / 23-03-2026
Uvarov: "İran ABŞ reaktoru üçün zənginləşdirilmiş urandan istifadə etməyi planlaşdırırdı"
13:37 / 23-03-2026
Bir həftə ərzində ikinci "zombi gəmisi" Hörmüz boğazını keçib
13:34 / 23-03-2026
Sijjarto dinləmələrinin arxasında kimin dayandığını açıqladı
13:28 / 23-03-2026
Cabarov Ruttenin Zelenskinin razılaşmaya hazır olması ilə bağlı dediklərini hiylə adlandırdı
“Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb” - Fotolar+Video
Tarix: 26-02-2020 11:05 | Bölmə: Mədəniyyət
Əməkdar artist, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadənin “Qafqazinfo”ya müsahibəsi:
- Suğra Bağırzadə ictimaiyyətə maraqlı bir xanımdır. Həm floraçı-rəssam, həm aktrisasız. Demək olar ki, hamı sizi aktrisa kimi tanıyır. Lakin floraçı-rəssam kimi sizin haqda elə də çox məlumatlı deyilik. Bu peşəyə maraq necə yarandı?
- Təəssüf ki, məni mühəndis kimi tanımırlar. Çünki hər zaman Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışmışam. Özüm Neft-Kimya İnstitutunun (indiki ADNSU) kimya texnologiyası fakültəsini bitirmişəm. Ailə qurduqdan sonra bir il Elmi-Tədqiqat İnstitutunda işlədim. Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım. Özünün elmə marağı böyük idi. 7 bacı və bir qardaşım var. Hamımız ali təhsilliyik. Böyük bacımın 86 yaşı var. Bəzilərimiz disertasiya müdafiə edib. Hamı elmlə bağlıdır, mən isə yeganə övladam ki, incəsənətlə məşğul oluram. Valideynin sözünə baxmamaq mümkün deyildi. Atam nə deyirdisə, onu da edirdik. İndi ona çox minnətdaram. Ailə qurduqdan sonra atam mənə qarışmadı. Özüm nə aktyorluq, nə də floristika ilə bağlı təhsil almışam. Uşaqlıqdan səhnədə olmuşam. Aktyorluq işi mənim üçün adi həyat tərzidir. Floristikaya maraq uşaq vaxtlarından var idi. Anam Məleykə xanımın gülləri solanda qanı qaralırdı. O gülləri çox sevirdi, bizə də bunu öyrətdi. Anama güllər gətirirdim, deyirdi ki, xarab olacaq. Mən də uşaq vaxtı ona cavab verirdim ki, elə bir şey fikirləşəcəm ki, sənin güllərin xarab olmayacaq. Bu, uşaqlıq əqlimdə fırlanırdı. Heç bilmirdim ki, bunu necə etmək olar. Amma Neft-Kimya İnstitutunda təhsil alan vaxt məhlulları, dinamikanı, ağırlığı və hərəkəti öyrənirdik. Artıq gülləri saxlamaq üsulunu başa düşürdüm.
- İlk işiniz yadınızdadır?
- İlk işimi soruşanda anamı yadıma salıram. Birinci əl işim hazır olanda anam və atam dünyasını dəyişmişdi. İlk işimi aparıb anamın başdaşı üstünə qoydum. Dedim ki, ana, mən arzunu yerinə yetirdim. İş ondadır, bacılarım dedi ki, yağış yağacaq, əl işin xarab olacaq. Doğrudan da elə oldu, eybi olmaz. Qoy anamın ruhu şad olsun...
- Bir əsərin sona çatması nə qədər müddətə başa gəlir?
- Kino kollektiv işdir, təkcə özünü yox, hamını fikirləşirsən. Bu isə mənim fərdi işimdir. Zəhmət tələb edir. Ərsəyə gəlməsi üçün həcmindən asılı olmayaraq iki il lazımdır. Çəmənlikdə lalələri işləmək üçün əziyyət çəkmişəm. Əvvəlcə çəmənliyi, sonra lalələri düzmüşəm. Bu, artıq 4 ilə başa gəlib. Başqa cür mümkün deyil. Çiçəklər incədir, onların xasiyyəti fərqlidir. Elə olur ki, gecə, elə də olur ki, səhərdən axşama kimi bir əsər üzərində çalışıram.
- Düzdür, hər bir rəssamın işi onun üçün qiymətsizdir. Amma əsərlərinizi satmaq haqda nə düşünürsüz?

- Bilirsiz, satış məsələsi bir az çətindir. Çünki ematalxanam yoxdur. Kinostudiyada bu otağı mənə veriblər, çox sağ olsunlar. Amma bura idarədir, hamı gələ bilmir. Şənbə-bazar bağlı olur. Bir az çətinlik olur. Amma sərgilərdə görürlər. Müəllifi olduğum “Floristika” kitabımı, əsərlərimi alırlar. TV və media da biganə qalmır, dəstək olurlar. Qiymət əmək sərf etməyimdən asılıdır.
- “Çəmənlikdə lalələr” əsərinə dörd il sərf etmisiz...
- Məndən olsaydı, 1 milyona satardım. Amma mümkün deyil. İstəmirəm ki, bu əsərlər hər adamın evini bəzəsin. Xaricdə əl işlərinə böyük qiymət verirlər. Mən isə qiymət qoymağa çətinlik çəkirəm. İndiki zamanda yaxşı yaşamaq üçün pula ehtiyac çoxdur. Amma daha böyük amillər var. Hər şeyi pula çevirmək olmaz. Elə qiymətli əsərlərim var ki, onları bağışlaya da bilərəm.
- Güllərin xarab olmamağı üçün hansı məhlullardan istifadə edirsiz?
- Xüsusi məhluldur. Ləçəklərin qalınlığından asılı olaraq, məhlulların tərkibi dəyişir. Çünki ağır maye olanda çiçəklər ölü olur, şux qalmır. Burada həm mühəndis hesablamaları, həm də rəssam fikri var. Hərdən deyirlər ki, Allah vergisidir. Amma insanda çalışqanlıq olmasa, nail ola bilməzsən.
- Suğra xanım, bayaq qeyd etdiniz ki, atanız aktyorluq peşəsi ilə məşğul olmağa icazə vermirdi. Həyat yoldaşınız isə sizə dəstək oldu. Həmin dövr insanlar daha mühafizəkar idi. Bəs yoldaşınız necə, o da bu sahədə çalışır?

- O, “Politexnik”i (indiki ATU) bitirib, mühəndisdir. “Ulduz” filminə çəkiləndə 8-ci sinfi bitirmişdim. Məni orada görmüşdü. İllər sonra arxamca gələndə də bunu dedi ki, məktəb vaxtlarımdan sənə vurulmuşam. Naxçıvanda yaşayırdı. Deyirdi ki, mən Naxçıvanda hamıya demişəm ki, o qızı tapacam. Yəni məni artıq aktrisa kimi tanımışdı. Bilirdi ki, hansı peşə ilə məşğulam. Mühəndis olmağımdan xəbərsiz idi. Beynində bunu yaşadırdı ki, mən kino qəhrəmanıyam. Tanış olduqdan sonra bildik ki, ikimiz də mühəndisik. Söylədim ki, kinonu çox sevirəm, atam icazə vermirdi, amma bundan sonra çəkiləcəm, film çəkilişlərində iştirak edəcəm.
- Övladlarınız necə? Onlar da bacılarınız kimi elmi işlə məşğul olurlar?
- İki qızım var, ailəlidirlər. Hazırda 4 nəvə böyüdürük. Bir ana, nənə kimi onlara çox kömək edirəm. Qızlarım mənə çox diqqət edirlər. Onlar yaşa dolduqca mənə daha çox hörmət edirlər. Bir ana, eyni zamanda bir qadın kimi... Yəqin ki, mənimlə fəxr edirlər. Çünki mən də anamla fəxr edirdim. O, diş həkimi idi, lakin işləmirdi, atam icazə vermirdi. Buna baxmayaraq, 8 uşağa baxırdı. Böyüyüb ana olduqdan sonra bunu başa düşdüm. Adi bir qızın uzun saçlarını yumaq, daramaq, hörmək qəhrəmanlıq idi. Çünki hər gün eyni şeylər təkrarlanırdı. Bundan əlavə, həyat yoldaşıma qulluq edirəm. Bilirsiz ki, evdə kişi qulluq istəyir. Hər şey qaydada olmalıdır. Biz evimizdə belə görmüşdük. Başqa cür istəsək də, alınmırdı. Hərdən hirslənib deyirəm ki, heç nə etməyəcəm. Amma sonra özüm də bilmədəm görürəm ki, bütün işləri həll etmişəm. Çünki beyin belə işləyir.
Qızım Cəmilə rejissorluq üzrə təhsil alıb. Space TV-də Firdovsi Atakişiyevlə rus dilində proqram aparırdı. Amma daha sonra Azərbaycan dilini mükəmməl bilmədiyinə görə aparıcılıq üzrə yoluna davam edə bilmədi. Hazırda Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin direktorudur. Digər qızım Gülarə də İçərişəhərdə başqa bir yerdə çalışır. Bu yaşda onlar layiqli vəzifələrdə çalışırlar. Qız nəvələrim də İncəsənət Gimnaziyasında təhsil alırlar.

- Hamıya maraqlıdır, 73 yaşlı Suğra Bağırzadə necə belə təbii və şux qala bilib?
- Heç fikirləşmirəm ki, bundan sonra nə qədər yaşayacam. Sabahı bilmirəm, fani dünyadır. Bacılarım, qızlarım, ailəm və dostlarımla gözəl anlar yaşayıram. Daha çox öyrənirəm, çalışıram. Çox aktiv bir həyatım var. Mənə sual verirlər ki, niyə qocalmırsız? Cavab verirəm ki, qocalmağa vaxtım yoxdur. Səhərlər idman edirəm, gəzməyi sevirəm. Kitab oxuyuram, tamaşalara baxıram. Dünyanın hansı ölkəsinə gedirəmsə, orada teatrda oluram. Yəni insan öz üzərində işləməlidir. İşləməsən heç nəyə nail olmazsan. Elələri var ki, 57 yaşında qocaldıqlarını boynuna alırlar. Beyin qocalırsa, deməli, insan yaşlanır. Mən kitabımı 70 yaşında yazmışam.
İş ondadır ki, genetik məsələ də rol oynayır. Bacımın 86 yaşı var, məndən də yaxşı qalıb. Ona 60 yaş vermək olar. Üzündə qırışları belə yoxdur. Bacılarım gözəldir, qocalmırlar. Qaldı ki, mən... Estetik əməliyyat etdirmərəm. Səhnə insanı, müğənni edə bilər. Amma aktrisada alınmaz. Çoxları dodağını böyütdürür, gözünə nələrsə, müdaxilə olunub. Bu zaman tamamilə üz dəyişir. Mənim sifətim heç vaxt dəyişmir. Bunun üçün üzə qulluq etmək, düzgün qida qəbul etmək lazımdır. Hər şeyin qədəri var. Yalnız özüm bişirdiyim yeməkləri yeyirəm. Mən heç vaxt “McDonalds”, “KFC” - elə yerlərdə ömründə yemərəm. Heç vaxt, heç vaxt...
Bilirsiz, mədəniyyət böyük şeydir. Gərək uşaqlar kiçik yaşlarından kulturologiyanı yaxşı öyrənsinlər. Yemək mədəniyyətini qanlarına hopdurmaq lazımdır.
Bundan əlavə, demək olar ki, kosmetoloq yanına nadir hallarda gedirəm. Çünki özüm dəriyə qulluğu bacarıram. Əvvəlcədən insan özünə baxmalıdır. Əlbəttə ki, kök olub, sonra arıqlayanda dəri boşalacaq. Başqa cür ola bilməz. Bunun üçün gənclik illərindən qulluq etməlisən ki, sonra yaxşı nəticə olsun.
.jpg)

Baxış sayı: 884
Bölməyə aid digər xəbərlər

16-03-2026, 22:02
"Skuf" Rusiyada nümayiş olunmayacaq
2-03-2026, 23:32
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23-02-2026, 20:36
Cərimənin gec ödənilməsinə görə cərimələndi
21-02-2026, 21:53
"Buranovskie Babuşki" qrupunun üzvü xərçəngdən əziyyət çəkirdi
19-02-2026, 16:37
Putin kimin həbsdə olması lazım olduğunu izah etmək üçün filmdən bir cümlə istifadə etdi
18-02-2026, 18:17
Rusiyada "Ganvest" qrupunun konsertləri ləğv edilib
16-02-2026, 21:32
Xalq artisti vəfat etdi
15-02-2026, 22:59
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
15-02-2026, 20:09
Lolitanın konserti ləğv edilib
14-02-2026, 21:04
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı
9-02-2026, 13:16
Reper iki ay müddətinə qiyabi həbs cəzası alıb
7-02-2026, 12:15
"Voronini" serialının ulduzu Frolovtsevanın ailəsi onun ürək problemləri ilə bağlı xəbərləri təkzib edib
6-02-2026, 14:53
Putin aktyor Zamanskini 100 illik yubileyi münasibətilə təbrik etdi
1-02-2026, 12:27
Müğənni Anna Netrebko Rusiyadakı biznesini bağlayır
29-01-2026, 22:58
Madonna Ukraynada sovet simvolları ilə çəkilmiş fotoya görə tənqid atəşinə tutulub
26-01-2026, 17:12
Putin Malayziya hökmdarı Sultan İbrahimə Ermitajda gəzinti təşkil etdi
25-01-2026, 17:11
Keçmiş "Lube" gitaristi vəfat etdi
23-01-2026, 21:19
Kolleksiyaçı 104 rəsm əsərinin oğurlanmasının səbəbini açıqladı
22-01-2026, 15:39
Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir
21-01-2026, 23:49
"Lyubka" filminin aktrisası Anastasiya Qorodentseva vəfat edib
20-01-2026, 20:05
Musiqi həvəskarı 7 ilə qədər həbs cəzası ilə üzləşirb
16-01-2026, 13:13
Aktyorun uşaq pornoqrafiyası işi üzrə həbs müddəti uzadılıb
11-01-2026, 09:43
Pop müğənnisi təyyarə qəzasında həlak olub
10-01-2026, 19:32
Oleq Qazmanovun "ikiqat əqli" Andrey Zabrodski Novosibirskdə vəfat etdi
9-01-2026, 20:48
"Mash": Aktyor görmə qabiliyyətini itirir və əməliyyata hazırlaşır
7-01-2026, 23:48
Bu gün təltif olunmuşdu - Sevinc Kərimova vəfat etdi
6-01-2026, 19:41
"Möhtəşəm əsr" aktrisası Eyüboğlunun narkotik testi müsbət çıxıb
5-01-2026, 14:32
Roskino şirkətinin baş direktoru "Maşa və Ayı" filminin ərəb ölkələrində uğurunu izah edib
4-01-2026, 20:02
Ermitajın girişində böyük bir növbə yarandı
4-01-2026, 19:03
"Oğlanın sözü" filminin aktrisası Aleksandra Berezovets-Skaçkova 52 yaşında vəfat edib
2-01-2026, 23:27
Aktyor və rejissor vəfat edib
31-12-2025, 18:38
"Laskovıy may"ın prodüseri Andrey Razin beynəlxalq axtarışa verilib
29-12-2025, 19:13
QIZIL ALMA
24-12-2025, 23:22
Ali Məhkəmənin qərarından sonra Dolinanın ilk solo konsertində təhlükəsizlik tədbirləri gücləndirilib
22-12-2025, 19:40
Britaniyalı müğənni Kris Ria vəfat edib
22-12-2025, 00:12
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
21-12-2025, 23:53
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı
21-12-2025, 20:29
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
16-12-2025, 16:58
Milli Qəhrəman haqqında sənədli film nümayiş etdirilib - VİDEO
16-12-2025, 16:27
Terror aktında həlak olan generalın abidəsi açılıb
13-12-2025, 14:11
Putin Mixaylovski Sarayını Sankt-Peterburqun memarlıq incisi adlandırdı
9-12-2025, 22:10
Aktyor Leonardo DiKaprio Time jurnalının "İlin sənətçisi" seçildi
30-11-2025, 19:22
Rubensin "Xaçdakı Məsih" əsəri 2,3 milyon avroya satılıb
27-11-2025, 16:45
SHOT: Meladze Moldovada xarici agent Qalkinlə eyni səhnədə çıxış etdi
26-11-2025, 20:32
Putin Qırğızıstanda milli alətdə çaldı