"Əllərinizi yuyun, yoxsa biz sizi yuyarıq” statusu ilə bağlı QMİ-dən AÇIQLAMA
Tarix: 26-03-2020 16:49 | Bölmə: Cəmiyyət

                 “Əllərinizi yuyun, yoxsa biz sizi yuyarıq” statusu ilə bağlı QMİ-dənAÇIQLAMA


Bir neçə gündür ki, sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) adından  “Əllərinizi yuyun, yoxsa biz sizi yuyarıq” statusu paylaşılır. 
Məsələ ilə bağlı Unikal.org-a Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev açıqlama verib. O bildirib ki, bu cür məlumatlar dezinformasiyadır və İdarənin adından belə məlumatları paylaşmaq düzgün deyildir. Qafqaz Müsəlmanlar İdarəsi ən çətin dönəmlərdə xalqın yanında olub və ənənəsinə sadiq qalacaqdır. 
"Koronavirusla bağlı Qafqaz Müsəlmanlar İdarəsi bir neçə dəfə rəsmi olaraq çıxış etmiş və KİV vasitəsiylə həmin məlumatlar yayımlanmışdır. Hazır ki, vəziyyətdə yalan məlumatlar yaymaqdansa dövlətin yanında olub, verdiyi qərarlara əməl etmək lazımdır. Bütün din xadimləri kimi məndə Uca Allahdan istəyim odur ki, bu ağır imtahandan üzüağ çıxaq. Allah-Təala el-obamızı, dövlətmizi bütün bəlalardan qorusun inşallah." deyə o, əlavə edib.

“Əllərinizi yuyun, yoxsa biz sizi yuyarıq” statusu ilə bağlı QMİ-dənAÇIQLAMA




















Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
20-02-2020, 13:04 TƏBRİK EDİRİK!
13-02-2020, 13:24 TƏBRİK EDİRİK!
12-02-2020, 00:15 TƏBRİK EDİRİK!
1-02-2020, 11:12 TƏBRİK EDİRİK!
29-01-2020, 22:00 TƏBRİK EDİRİK!
27-01-2020, 13:57 TƏBRİK EDİRİK!
26-01-2020, 09:01 TƏBRİK EDİRİK!