22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Dr. Vəfa Kazdal Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Ali Təhsil İdarəçiləri Forumu”nun yekunlarını təqdim edir
Tarix: 30-03-2022 23:19 | Bölmə: Sosial

Post-pandemiya dövründə ali təhsilin relevantlığı
Mart ayının 22-24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ali Təhsil İdarəçiləri Forumu (“Higher Education Leadership Forum”) keçirildi. Forumun mövzusu “COVID-19 – dan sonra ali təhsilin yeni istiqamətləri: tələblərə və tələbata cavab verən ali təhsil ekosistemi” idi (“Re-inventing Higher Education Post-COVID-19 – Towards a Responsive Higher Education Eco-System"). Forum 50 ölkədən 400 nəfərdən çox dinləyici, 40 nəfərə yaxın təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa müzakirələri əsasında təşkil olunmuşdu.
Forumda ADA Universiteti də təmsil olunurdu. Burada təmsil olunmağımızın iki səbəbi var idi: birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasında seçilən üç namizəd universitetdən biri olması idi. Digər iki universitet Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.
Forumda ali təhsil sahəsi ilə bağlı ən aktual suallar işıqlandırıldı, verilən cavablar isə olduqca maraqlı, mühüm və konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar bizim ali təhsil ocaqları, həmçinin tələbələrimiz və onların valideynləri üçün çox maraqlı olacaqdır.
Forumda aparılan müzakirələr və əldə edilən nəticələr onu göstərdi ki, pandemiya ilə əlaqədar ali təhsildə baş verəcək dəyişikliklərlə bağlı miflər özünü doğrultmadı. Miflər ondan ibarət idi ki, pandemiya şəraiti ali təhsil sistemini radikal şəkildə dəyişdirəcək, kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin relevantlığı azalacaqdır.
Əvvəla, ondan başlayaq ki, pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri nəzərə alsaq, görərik ki, ali təhsil öz məqsədində yeni baxış yaradaraq özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə prosesindən keçir. Bu, hər zaman belə olmuşdur. Cəmiyyət, iqtisadiyyat inkişaf edib dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də ekosistemlə bir vahidlik təşkil etmək üçün daima dəyişib təkmilləşir. Hətta təqdimatçılardan biri təhsil səviyyələri arasında bir bütövlük və bağlılığın yaradılması məqsədilə ekosistemə orta məktəblərin də daxil olmasının nə qədər vacib olduğunu vurğuladı.
Forumun ən maraqlı hissələrindən biri pandemiyadan sonra ali təhsilin relevantlığına dair debat oldu. Debatın moderator və çıxışçıları Amerika Birləşmiş Ştatları, Avropa, Cənubi Afrika, Şimali Kipr və Qətər kimi ölkələrin ali təhsil və ali təhsil assosiasiyalarında fəaliyyət göstərən, təhsil siyəsətini formalaşdırıb inkişaf etdirən qərarverici şəxslər idi.
Bu debat zamanı əldə olunan nəticələr onu göstərdi ki, pandemiya şəraitində ali təhsil sahəsinin relevantlığı və mahiyyəti daha da qabarıq şəkildə ortaya çıxdı. Bu dövrdə ərsəyə gələn startaplar, COVID-19, eləcə də təhsil sahəsi ilə bağlı aparılan tədqiqatlar, bunların fonunda irəli sürülən təkliflər və yeniliklər ali təhsilin vaciblik və müvafiqliyinin daimi olacağının göstəricisidir.
Debatla paralel forum iştirakçıları arasında mövzu ilə bağlı interaktiv sorğu da aparılırdı. Birinci sual universitetlərin başlıca məqsədlərinin nədən ibarət olması idi. Universitetlərin ən vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət göstərməsi və burada dəyərlərin formalaşdırılması ən çox səs toplayan cavab oldu. İkinci ən çox səs toplayan cavab isə yeni sosial era üçün insanları bir araya gətirmək və təlimləndirmək idi. Əgər bunlar universitetlərin əsas məqsədləridirsə, onda əminliklə deyə bilərik ki, ali təhsil müəssisələrinin mövcudluğu hər zaman öz aktuallığını qoruyub saxlayacaqdır. Buna görə də ali təhsil müəssisələri yeniliklərə açıq olmalı, özlərini təkmilləşdirməli, eyni zamanda gənclərə müasir dövrün tələblərinə uyğun özlərini inkişaf etdirmək və potensial bacarıqlarını reallışdırmaq imkanları yaratmalıdır.
Bu baxımdan kampuslar hər zaman öyrənmə və formalaşma prosesinin mühüm bir komponenti olaraq var olmaqdadır, lakin kampusların mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən (“knowledge-hub”) sosial mərkəzlərə (“social hub”) çevrilməkdədir. Belə ki, kampuslar sinif otağından daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında belə öz əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.
Təhsilin bilik komponenti artıq virtual kampuslara keçərək onu hibridləşdirir və beləliklə, təlim prosesinin səmərəliliyini artırıb zənginləşdirir. Üstünlük “flipped” dərslərə və daha çox praktikaya əsaslanan, komanda şəklində aparılan kampus təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kampusda olan mühazirə dərslərinin onlayn şəkildə keçirilməsi heç də yenilik hesab olunmur. Bu, sadəcə olaraq bir platformadan digər platformaya keçiddir. Lakin texnologiya və pedaqogikanı gücləndirmək, öyrənənlərin marağını artırmaq, öyrənmə imkanlarını genişləndirmək – bu, yenilikdir. Bununla bağlı auditoriya belə bir sual ünvanladı: “Universitetlərin relevantlığının artırılması üçün yeniliyə daha çox harada ehtiyac var: öyrənmə və öyrətmə, innovasiya, tədqiqat və ya sosial fəaliyyətlər sahəsində?” Demək olar ki, səslərin çoxu ilk iki təklif arasında bərabər şəkildə bölüşdü.
Auditoriyanın təəccübünə səbəb olan məqamlardan biri tədqiqat komponentinin az səs toplamağı idi, çünki innovasiya və tədqiqat artıq bir anlayış kimi qəbul edilir. İnnovasiya demək olar ki, tədqiqatın nəticəsidir, belə ki, ən çox yenilik öyrənmə və öyrətmə prosesində ortaya çıxır. Öyrənmə və öyrətmə mühiti innovasiya ilə nəticələnən, startaplara gətirib çıxaran zəncirvari ardıcıllıqla yaradılmalıdır.
Doğrudan da, sürətlə dəyişən dünyada öyrənmə və öyrətməyə yanaşmada ciddi dəyişiklər baş verməlidir. Forumda tələbyönümlü təhsil məsələsinə dəfələrlə toxunuldu. Tələbyönümlü təhsildə tələbənin maraq, ehtiyac və məsuliyyətini artıran yanaşma özünü göstərir, yəni tələbə təhsil prosesinin cavabdehlik daşıyan iştirakçısına çevrilir. Dözümlülük (“resilience”) və çeviklik (“agility”) ən çox qeyd edilən və zamanın tələb edilən bacarıqları oldu. Forum boyunca bu iki bacarığı təhsilalanlara aşılamağın əhəmiyyəti ətrafında müzakirələr aparıldı. Bununla bağlı maraqlı suallardan biri o oldu ki, universitet məzunları əmək bazarına daxil olanda onlarda ən çox çatışmayan bacarıqlar hansılardır? Ən çox səsləndirilən cavablar bunlar idi: insani bacarıqlar (“human skills”) – tənqidi təfəkkür, problemi həlletmə, yaradıcı yanaşma və kommunikasiya, həmçinin biznes bacarıqları – datanın kommunikasiyası, layihə idarəetməsi, dizayn və innovasiya. Bu baxımdan dünya təcrübəsi, həmçinin ADA Universitetinin təhsil modelində olan bakalavr proqramlarının ümumi təhsil (“general education”) hissəsi öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan bacarıqlar istiqamətində özünü daha da gücləndirməkdədir.
Belə ki, ali təhsil sahəsi hər zaman olduğu kimi və hətta deyə bilərik ki, daha da çox öz aktuallığını və mahiyyətini qoruyub saxlayır. Hibrid ali təhsil modeli texnologiya vasitəsilə təhsilin səmərililiyini və əlçatanlığını artırır, təhsilin beynəlmiləlləşməsi imkanlarını genişlədir və təhsilalanın tədris prosesində məsuliyyətini və cavabdehliyini çoxaldır. Bu modeldə kampus zəngin, əhatəli, sahibkarlıq bacarıqlarını formalaşdıran və inkişaf etdirən laborotoriya və sosiallaşma məkanıdır. Öyrənmə və öyrətmə yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün, yaradıcılıq, problemi həlletmə və sahibkarlıq kimi bacarıqların inkişafına yönəlməlidirlər.
Forumun ən son hissəsi isə dəyirmi masa müzakirələri idi. Bizim iştirak etdiyimiz müzakirənin mövzusu təhsil mərkəzləri və onların müasir tələblərə uyğun olub-olmamasına həsr olunmuşdu. Burada bir çox Orta Şərq ölkələrində illərdir fəaliyyət göstərən beynəlxalq universitetlərin filiallarının professor və idarəetmə heyəti bu məsələnin çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq və tərəfdaşlıq modeli üzərində qurulan universitet modelinin daha dayanıqlı olduğunu xüsusilə vurğulayırdılar. Məhz bu səbəbdən illər əvvəl ADA Universitetinin qurulma dövründə belə müzakirələr əsnasında rektor Hafiz Paşayev uzaqgörənliyi ilə ADA-nın milli və qlobal universitet vizyonu ilə qurulmasını məqsədəuyğun hesab etmişdi.

Baxış sayı: 411
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər