Bütün xəbərlər
Böyük Britaniya şahzadələri Trampla görüşməkdən imtina ediblər
Tarix: 16-07-2018 08:34 | Bölmə: Siyasət

                         boyuk britaniya sahzadeleri trampla gorusmekden imtina edibler

 Böyük Britaniya şahzadələri Çarlz və Uilyam kraliça II Yelizavetanın ABŞ prezidenti Donald Trampla görüşündə iştirakdan imtina ediblər.  
 APA-nın xəbərinə görə, bu barədə “Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.
 “Onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə iştirakdan imtina etdilər. Kraliçanın orada tək olması çox qəribədir. Adətən onu həmişə kimsə müşayiət edir”, - deyə mənbə bildirib.    
 Nəşrin məlumatına görə, Tramp-Yelizaveta görüşü zamanı şahzadə Uilyam polo üzrə xeyriyyə yarışında iştirak edib, şahzadə Çarlz isə Qlosterşir qraflığı polis idarəsinin tədbirinə qatılıb.



Baxış sayı: 701


Bölməyə aid digər xəbərlər