Bütün xəbərlər
Rusiya prezidentinin xüsusi nümayəndəsi: "Xəzərin statusu məsələsində ləngimə ekoloji problemləri dərinləşdirəcək"
Tarix: 06-07-2018 12:59 | Bölmə: Siyasət

                                

"Dövlət başçılarının yaxın zamanlarda Astanada baş tutacaq görüşündə Xəzər dənizinin hüquqi statusu müəyyən oluna bilər".
"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bəyan edib.
Onun fikrincə, bu sənəd olmadan fəal iqtisadi əməkdaşlıq haqqında danışmaq çox çətindir: "Buna görə də RF hökumətinin təqdim etdiyi təkliflər variantı Prezident Vladimir Putin tərəfindən artıq razılaşdırılıb".
R.Abdulatipov bildirib ki, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində ləngimə ekoloji problemlərin dərinləşməsinə gətirib çıxaracaq.
Onu sözlərinə görə, Xəzər bir sıra istiqamətlər üzrə artıq fəlakətin astanasındadır: "Bir neçə il əvvəl imzalanmış Xəzər dənizinin qorunmasına dair Tehran Konvensiyası isə səmərəsizdir".



Baxış sayı: 834


Bölməyə aid digər xəbərlər