Bütün xəbərlər
Tofiq Zeynalov: "Bundan sonra da Prezidentin siyasətinə sadiq qalacağam"
Tarix: 07-06-2018 17:52 | Bölmə: Siyasət

                      

"Bundan sonra da Prezidentin siyasətinə sadiq qalacağam"
"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyevin iyunun 7-də imzaladığı sərəncamla Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzəfəsindən azad edilmiş Tofiq Zeynalov deyib.   
"2007-ci ildən Prezident İlham Əliyev tərəfindən mənə yüksək etimad göstərilərək Tovuz rayonuna icra başçısı təyin edilmişəm. İşlədiyim dövrdə çalışmışam ki, xalqıma, dövlətimə, Prezidentimə ləyaqətlə, şərəflə mənə göstərilən bu yüksək etimada layiq xidmət göstərim. Bu illər ərzində buna nail olmuşamsa, özümü xoşbəxt sayıram. Ölkəmiz gündən-günə inkişaf edir, son illər Azərbaycanımızın əldə etdiyi uğurlar hər birimizi hədsiz sevindirir. Ölkə həyatının bütün sahələri üzrə aparılan uğurlu siyasət, o cümlədən kadr siyasətinə alternativ yoxdur. İşdən azad olunmağımla bağlı Prezidenti sərəncamını hörmətlə qarşıladım. Bundan sonrakı həyatım boyu da Prezidentin siyasətinə sadiq qalacağam", - o qeyd edib.




Baxış sayı: 787


Bölməyə aid digər xəbərlər