Bütün xəbərlər
Tovuzda şəhid leytenant Aqil Məcidovun ildönümü mərasimi keçirilib-Şəhidin məzarını ziyarət etdik-VİDEO
Tarix: 30-09-2021 15:20 | Bölmə: Reportaj
                        

    Sentyabrın 29-da Tovuz rayonunda şəhid leytenant Aqil Məcidovun ildönümü keçirilib.
Sabaha-inamla.az xəbər potalının baş redaktoru Namiq MƏMMƏDLİ,"Mübarizlər, Fəridlər, Səbuhilər" qrupunun rəhbəri Əziz Əzizov və qazi Elməddin Tarverdili Tovuz rayonunda olub Aqil Məcidovun və bir neçə şəhidin məzarını ziyarət ediblər.
    Tədbirdə şəhid ailələri, ictimayyət nümayəndələri, jurnalistər, ziyalılar, şəhidin döyüş yoldaşları iştirak ediblər. Onun döyüş yolundan, qəhrəmanlığından, vətənpərvərliyindən danışıblar. 
    44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında şəhid leytenant 23 yaşlı Aqil Məcidov da olub.


    Şəhid leytenant Məcidov Aqil Aydın oğlu 3 aprel 1998-ci ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Tovuz rayon Nəsrəddin Tusi adına Təbiət və Texniki fənlər təmayüllü liseyin 1-ci sinfinə daxil olub. 2011-ci
                             
ildən A.S.Puşkin adına orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra arzusunda olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.


     2020-ci ildə Hərbi məktəbi Motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirib. Leytenant rütbəsi verilərək Beyləqan rayonuna təyinat alıb.
Leytenant Aqil Məcidov 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
Leytenant Aqil Məcidov 28 sentyabr tarixində Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az





Baxış sayı: 742


Bölməyə aid digər xəbərlər