12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Bu nə tərbiyəsizlikdir?”
Tarix: 28-08-2019 14:21 | Bölmə: Mədəniyyət


                      “Bu nə tərbiyəsizlikdir?”

Məşhur türk aktrisası Hazal Kaya həmkarı Tuba Büyüküstün haqqında “Tuba pulu haradan qazanır?” başlıqda yazılan məqaləni tvitterdə paylaşaraq mətbuatı tənqid edib. 
“Qafqazinfo” xəbər verir ki, o, mediada istifadə olunan sözlərə diqqət yetirilməsinin tərəfdarı olduğunu bildirib:“Bu nə tərbiyəsizlikdir? Sizin nə həddinizə ki, belə xəbər yazırsız? O,  illərdir alının təri ilə hamımızın gözü qarşısında çalışıb pul qazanan, doğru yatırımlar edən gənc bir xanımdır. 
Kişilər maşın alanda, yeni oyuncağı kimi qələmə verirsiz. Xeyirdir? Dilinizi, üslubunuzu düzəltmək məcburiyyətindəsiz. Tətbiq etdiyiniz şiddətin fərqinə varın. Media olaraq istifadə etdiyiniz dilin nələrə səbəb olacağını anlayın. Bilmirsizsə, oxuyun, öyrənin. Bu sizin işinizdir”.



Baxış sayı: 613


Bölməyə aid digər xəbərlər