20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
16:20 / 27-07-2026
Rumıniyaya daha bir pilotsuz təyyarə uçub
16:17 / 27-07-2026
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23:38 / 26-07-2026
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
20:46 / 26-07-2026
Elbrus dağında həlak olan iki alpinistin cəsədlərini təxliyə ediblər
20:35 / 26-07-2026
Rusiya Silahlı Qüvvələrinin yeni "Banderol" raketinin zərbəsinin videosu yayımlanıb
20:29 / 26-07-2026
Rostov-na-Donda baş verən "əsrin qasırğası"nın nəticələrinin görüntüləri dərc edilib
20:26 / 26-07-2026
"Axmat" üzərində evdə qələbə qazana bilmədilər
20:22 / 26-07-2026
Putin etiraf edib ki, bəzən bloqerləri izləməkdən həzz alır
20:14 / 26-07-2026
Putin ordenli Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə şampan şərabı içərək söhbət etdi
20:10 / 26-07-2026
Kiçik raket gəmisi "Burya" müdafiə sisteminə daxil olub
20:07 / 26-07-2026
Media: İran Pakistana ABŞ ilə dialoqu sadəcə "dayandırdığını" bildirdi
19:59 / 26-07-2026
Solovyov qeyd edib ki, İran Xəzər dənizində Kiyevin gəmiyə hücumunu görməzdən gəlməyəcək
19:56 / 26-07-2026
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
19:50 / 26-07-2026
Oveçkin, Kuçerov və digər dörd rusiyalı 2027-ci il Ulduzlar Komandasına daxil edilib
19:48 / 26-07-2026
Bir ekspert ABŞ-ın İrana qarşı müharibəsinin real xərcləri ilə bağlı fikirlərini açıqladı
19:40 / 26-07-2026
Sanatoriyada uşaqlar xəstələndi, iş açıldı
19:36 / 26-07-2026
Almaniya Daxili İşlər Nazirliyi: Berlində izdiham hücumunda şübhəli şəxs insanlara hücum edib
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim" - MÜSAHİBƏ
Tarix: 23-08-2019 15:42 | Bölmə: Mədəniyyət
Zaman o zaman idi ki, o tay deyəndə ağlımıza səviyyəli İran həkimləri, keyfiyyətli İran xəstəxanaları, ucuz İran məhsulları gəlməzdi.
Zaman o zaman idi ki, o tay deyəndə bağrımızın başından göynərti qopardı, gözlərimizdə yaşlar gilələnərdi.
Canımızın həkim yox, könlümüzün təbib axtardığı çağlardı.
O tayı xatırladan hər söz, hər xəbər, hər nəğmə əzizdi, doğmaydı… Yaqub Zurufçunun səsi də bu nisbətdə, bu miqyasdaydı.
Mən onda uşaq idim. Gündüzlərini-gecələrini meydanlarda keçirənlərin yaxşı yadındadır Yaqub Zurufçunun “Ayrılığ”ı. Bəli, onda hələ o tay “Səni deyirlər” deyildi. Onda hələ o tay "Ayrılıq"dı, ağrıydı, yanğıydı, onda hələ o taydan qəfil küləyin bu üzə atdığı quru yarpaq belə Quran vərəqi müqəddəsliyindəydi. Onda Yaqub Zurufçu səsi də intizar, həsrət doluydu. Bizim ayrılıqlarımızın, o üzlü bu üzlü iki taya bölünmüş bir xalqın ah-fəğanı, oxşamasıydı. Onda mən uşaq idim, görənlər-bilənlər belə deyirlər.
O vaxtdan bu yana çox sular axıb, o vaxtın uşaqları böyüyüb, cavanları qocalıb, qocaları... Çox şey dəyişib. Görəsən Yaqub Zurufçu da o vaxtdan bu vaxta dəyişibmi, yoxsa elə həmənkidir? Görüşdük, sözümüz-söhbətimizdə elə bunları da danışdıq, həsrət dolu o günlərə qayıtdıq, böyük umudların cövlan etdiyi o günləri xatırladıq...
***
Əməkdar Artist Yaqub Zurufçunun APA-ya müsahibəsi
- Oktyabrın 12-də konsert proqramı ilə çıxış edəcəksiniz. Deyəsən, uzun müddət Bakıda konsert vermirdiniz. Səbəb nə idi?
- Azərbaycanda konsert vermək çox çətindir. Çün hələ də əngəllər, kağızla oynama məsələləri bitməyib. Zalların bahalığı, reklam işinin təşkilinin bahalığı da məni çox məşğul eləmişdi. Bir də xaricə tez-tez gedib-gəlirəm deyə, burda uzun müddət qala bilmirəm ki, konsertə rahat şəkildə vaxt ayırım. Amma bu səfər qərara gəldim ki, Bakıda konsert verim.
- Axırıncı dəfə Bakıda nə vaxt konsert vermisiniz?
- Axırıncı dəfə on il əvvəl Filarmoniyada konsert vermişdim.
- Bürokratik əngəl dedikdə nəyi nəzərdə tutursunuz?
- Onu deyim ki, konsert salonlarının tərtibatı təxminən dünya səviyyəsindədir. Sadəcə, filan kağızı gətir, filan məktubu filan yerə apar... Fikirləşirsən ki, bunlar lazım olmayan şeylərdir. Amerikada zalı görəndən sonra müəyyən qədər depozit qoyursan, konsert gününü təyin edirsən, sonra da gedib hazırlaşırsan. Yəni yarım saata məsələ həll olur. Bizdə isə konsertin gününü danışmaq, sənədlərə qol çəkmək və sair vaxt alan şeylər var. Ancaq mən media vasitəsilə izləyib gördüm ki, mənim konsertimi səbirsizliklə gözləyənlər çoxdur. Buna görə də konsert vermək qərarına gəldik.
- Yəqin konserti bir biznes-layihə kimi düşünürsünüz, yəni gəlir götürmək fikrindəsiniz?
- Bundan əvvəl konsert verəndə zallar pulsuz idi, televiziyada reklam pulsuz idi. Biz də pulsuz edirdik, pul götürmürdük. Camaat da pulsuz gəlirdi. Amma indi zaman dəyişib. Reklamlar bahadı, salonlar bahadı, biz də məcburuq ki, konsertə girişi biletlə edək. Ancaq mən düşünmürəm ki, Azərbaycanda kimsə konsert verə və böyük gəlir götürə, heç xərcləri çıxarmaq mümkün deyil.
- Konsert bir gün olacaq?
- Bəli. Baxacağıq. Əgər yaxşı keçsə, təkrar verəcəyik.
- Yaqub bəy, əvvələ qayıdaq, lap əvvələ, İrandan niyə getdiniz? Sizə qarşı təqiblər var idi?
- Şəxsən mənə qarşı təqib yox idi, sadəcə İslam inqilabından sonra musiqi qadağan olundu, deyirdilər İslamda musiqi haramdır. Musiqi ilə məşğul olanlar həbs olunurdular. 1985-ci ilə qədər bu cür davam elədi. Ona görə düşündüm ki, orda qala bilmərəm, universiteti bitirməyimə yarım il qalmışdı, təhsilimi başa vurub, Almaniyaya yollandım. Və 40 ildir eşikdəyəm.
- Hazırda sizə İranda qadağa var?
- Əvvəllər qadağa vardı, 20 il keçəndən sonra qadağalar ləğv olundu. Mən də İTV-də işləyəndə Təbrizə getdim və “Təbriz həsrəti” adında klip çəkdim. Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım. Sizə deyim ki, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub. Azərbaycan olmasaydı, məhv olub getmişdim. Tale üzümə güldü, oturduğum yerdə Gülağa Məmmədov mənim mahnımı eşitdi, Bakıya dəvət etdi.
- Necə oldu Bakıya gəlib burda konsert verdiniz, Azadlıq meydanında insanların qarşısına çıxdınız?
- Mən onda Almaniyada yaşayırdım. Huşəng adlı cənublu bir dostumuz zəng elədi ki, Gülağa Məmmədov burdadır, sənin “Ayrılıq” mahnının klipinə baxıb, çox bəyənib. Telefonda Gülağa müəllimlə danışdım, dedi sən bu “Ayrılığ”ı necə dəhşətli oxumusan! Özü də çox zildən oxumusan. Bəyəndi. Həmin gün gecəylə Gülağa müəllimin olduğu şəhərə onunla görüşə getdim. Səhərə qədər oturub söhbət elədik. Sonra da Gülağa müəllim mənim klipimi götürüb gəldi bura, televiziyaya verdi. Onda siz kiçik olardınız. Televiziyada gündə bu klip səslənirdi. Camaat bunu sevdi və Azadlıq hərəkatının başlanğıcında mənim mahnım simvola çevrildi. Mən Azərbaycana gələndə Moskvadan uçdum bura, təyyarədə bir nəfər mənə yaxınlaşdı ki, siz Yaqub Zurufçusuz? Dedim, bəli. Bu getdi, Moskvadan Bakıya uçan azərbaycanlılara nə dedi, nə demədisə, bir də gördüm bütün azərbaycanlılar axışdı başıma, az qalırdım oturduğum yerdə sıxılıb öləm. Üstümə elə töküldülər ki, pilot dedi xahiş edirəm keçin oturun yerinizdə. Təyyarədən düşəndə də gördüm bütün xanəndələr - Arif Babayev, Şövkət Ələkbərova və başqaları, hamısı məni qarşılamağa gəliblər. Necə kövrəldim!
- Sizi Vətən Cəmiyyəti dəvət etmişdi?
- Bəli, Vətən Cəmiyyətinin rəhbəri Elçin Əfəndiyevin və Gülağa müəllimin dəvəti ilə gəlmişdim. O dövrdə Almaniyadan bura gəlmək çətin idi, hər adam Sovetlərdən viza ala bilmirdi.
- Sonra sizi Azadlıq meydanına dəvət etdilər.
- Yox, əvvəlcə Respublika sarayında 15 gecə konsert verdim. Növbənin bir ucu sarayın qabağında idi, o biri ucu “OVİR” (Baş pasport, qeydiyyat və miqrasiya idarəsi-red.) idarəsinin qabağında. Konsert olmayan günlərdə də meydana gəlir, mitinqçilərə qoşulub çıxış edirdim.
- Heç olmaya o konsertdən gəlir götürmüşdünüz?
- Hardasa 70 min manat pul yığıldı. Mən o pulun hamısını Xalq Cəbhəsinə verdim. Elçibəy də mənə fars dilində təşəkkür məktubu yazdı. Məktubu elə yazıb ki, bir dənə də səhv yoxdur.
- Nə yazmışdı?
- Yazmışdı ki, Yaqub Zurufçu Azərbaycana gəldi, Azadlıq meydanında yüksək səviyyədə konsert verdi, ordan yığılan pulları Özbəkistandan və Ermənistandan qaçqın düşmüş azərbaycanlılara bağışladı. Biz ona təşəkkür edirik.
- O vaxt xarici vətəndaş kimi KQB sizə problem yaratmadı?
- Mən elan vermişdim ki, oktyabrın 29-da Azadlıq Meydanında konsert verəcəm. Həmin gün KQB-dən gəldilər ki, sənin konsert verməyə haqqın yoxdur. Soruşdum niyə? Dedilər SSRİ-də insanların bir yerə toplanması qadağandır. Mən onda “Azərbaycan” mehmanxanasında qalırdım, pəncərədən meydana yığılanları göstərib dedim: “Mən bunlara söz vermişəm. Nəyin bahasına olursa-olsun, meydana çıxıb konsert verəcəm. Siz qadağan etsəniz də çıxacam”. Həmin KQB əməkdaşları mənə dedilər ki, onda konsertdə biz səni qoruya bilməyəcəyik. Öz dilindən məktub yaz ki, məsuliyyəti üzərinə götürürsən. Onlar deyirdilər ki, mənə meydanda atəş aça bilərlər. Onlardan sonra Elçibəy otelə gəldi, dedi ki, biz özümüz səhnənin arxasında sənin yanında olacağıq, narahat olma. Elə şəklimiz də var: mən Azadlıq Meydanında oxuyuram, bütün siyasətçilər də arxamda dayanıblar; Səməd Vurğunun oğlu Yusif bəy, Anar, Elçibəy, Bəxtiyar Vahabzadə, Xəlil Rza - hamısı mənim arxamda səf tutmuşdu.
- Yaqub bəy, o meydana çıxanların bir siyasi etirazı vardı. Bəs siz nə istəyirdiniz?
- Onların istəkləri ilə mənim istəklərim bir idi. Onlar istəyirdilər ki, Azərbaycan müstəqil olsun, mən də istəyirdim. Onlar istəyirdilər ki, o tay, bu tay birləşsin. Mən də onu istəyirdim. Yüz ildən çoxdur orda insanlar əsarət altındadırlar.
- İndi, üstündən 30 il keçəndən sonra o tayla bağlı arzularınız nədir?
- (Susur. Gözləri yaşarır). Bütün hüquqlar təmin olunandan sonra… (Yenə pauza). Onda da gələndə mən tez-tez belə kövrəlirdim… (Gözlərinin yaşını silir, danışmaq istəyir, qəhər boğazını tutur, susur, nəhayət kövrək səslə): Bizimki çox uzun məsələdir… Allaha şükür ki, Azərbaycan müstəqil olub. Bu təbii ki, o tərəfə də nüfuz edəcək. Mən əminəm. İran Ermənistana həm iqtisadi, həm də siyasi köməklik edir. Bizim indi Təbrizdə heç nəyə imkanımız yoxdur. Təbrizdə bizim televiziyalarda farsca danışırlar. Ona görə mən kövrəlirəm. Şah dövründə də belə olub, indi də belədir.
- Xaricdə əsasən kimlərə konsert verirsiniz: İrandan gedəndən azərbaycanlılara, farslara, yoxsa ingilislərə, amerikanlara?
- Amerikada 6 milyon iranlı var, onların ən azı 4 milyonu azərbaycanlıdır. Hər şəhərə yayılıblar. Onlarla birlikdə türkiyəlilər də çoxdur. Məni Türkiyədə də gözəl tanıyırlar. Orda olan iranlılar da çoxu amerikalılarla evləniblər, konsertlərə də yoldaşları ilə gəlirlər.
- Deməyim odur ki, konsertlərinizə farslar da gəlirlər?
- Bəli, gəlirlər. Mən hərdən farsca da oxuyuram. Farsca elə oxuyuram ki, farslar özləri təəccüb içində qalırlar.
- Sizi xaricdə necə tanıyırlar: İran, Azərbaycan, yoxsa fars müğənnisi kimi?
- Azərbaycan müğənnisi kimi tanıyırlar. Mən artıq Azərbaycanın vətəndaşıyam, cənab prezident mənə vətəndaşlıq verib. Bundan sonra Amerika vətəndaşlığını itirməkdən qorxmadım, istəsələr, Amerika vətəndaşlığından çıxaram. Mən Almaniyanın, Kanadanın da vətəndaşı olmuşam. Onların heç birinin önəmi yoxdur, Azərbaycan vətəndaşlığı mənim üçün hamısından üstündür. Burda mən rahat yaşayıram, siyasi fikirlərim var, onları səsləndirirəm. Siyasətimdən heç zaman dönməyəcəm – birlik siyasətimdən. Niyə dönməliyəm?! Bizi əzib dağıdıblar, mənim kövrəlməyimin səbəbi də budur.
- Başqa müğənnilər "Greencard" alırlar ki, ABŞ-a köçüb orda yaşasınlar, sizdə tərsinədir. Məsələn, müğənni Elariz "Greencard" aldı, indi Amerikadadır.
- Mənə lazım deyil. Amerika vətəndaşlığı mənə hərdən xaricdə işlərimi görmək üçün lazım idi, onu da Azərbaycan pasportu ilə getsəm də, Amerika viza verəcək.
- Bir zamanlar çox məşhur idiniz, Sizin mahnılar demək o tay demək idi, vətən həsrəti demək idi, Təbriz demək idi. Deyəsən, artıq o həvəs, o şövq qalmayıb, sizcə səbəb nədir?
- Bəli, gediş-gəliş düzəlib deyə o nisgil də azalıb.
- Bu, Sizin də populyarlığınıza təsir edib?
- Yox. Camaat görür ki, mən bu məsələlərdə çox fəalam, xoşları gəlir. Çün mən əvvəldən o tay, bu tay xanəndəsi kimi tanınmışam, ona da eşqim var. Bu tayda müstəqillik əldə etdik. O vaxt necə “Ayrılığ”ı oxumuşdum, indi də əlimdən gələn mahnıları oxuyuram. Məsələn, “Təbriz həsrəti” mahnım o taya bağlıdır. Siz bilirsiz ki, İranda Azərbaycan dilində təhsil yoxdur. Orda o qədər adam var, mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. Niyə axı? Niyə belə olmalıdır?
- Bəs necə oldu ki, bir zamanlar “Ayrılıq” deyib ağlayan xalq indi “Səni deyirlər” deyib oynayır, sizcə, bu yaxşıdır, yoxsa pis?
- Bir şey deyəcəm, yəqin hörmətli millət vəkilimiz Aqil Abbas məndən inciməz. O deyir ki, sən “Ayrılığ”ı oxuyanda adamın vətənpərvərlik hissləri oyanır, Ququş oxuyanda isə seksual hissləri baş qaldırır(gülüşmə). Düz deyir. Bilirsiniz niyə belə idi? Mənim atam uzun müddət burda yaşamışdı.
- Niyə bura gəlmişdi?
- Müharibədən sonra orda iş yox idi, o da Bakıya işləməyə gəlmişdi. Təbrizə qayıdandan sonra səhərlər radioda Bakını tutub mahnılara qulaq asır, dinlədikcə kövrəlirdi. Dalğalar da çox pis tuturdu, deyirdim niyə kövrəlirsən, deyirdi Bakı mənə çox xoş keçdi. Kaş gəlməyəydim. Mən də orda səslənən Azərbaycan mahnılarının sözlərini yazıb götürür, sonra oxuyurdum. Atam bir gün dedi ki, sən də yaxşı oxuyursan, beləcə musiqi ilə məşğul olmağa başladım. Yəni mənim musiqi həvəsim də bu tayla, Bakı ilə bağlıdır. Nəcə ki, atam Bakı radiosuna qulaq asıb ağlayırdı, mən də o mahnıları bu cür göz yaşı, yanğı ilə oxuyurdum.
- “Səni deyirlər”dən sual vermişdim, o mahnını bəyənirsiniz?
- “Səni deyirlər” heç mahnı deyil. Bilirsiniz, bunu qəsdən edirlər. Orda yaxşı muğam oxuyanlar, yaxşı səsi olanlar var, onların heç birini tanımazsan. Amma o oğlanı göndəriblər, nədir onun adı - İbrahim Əlizadə - gəlib burda oxuyur. O ara müğənnisidir, buranın da ara müğənnilərindən betərdir. Onu bura qəsdən göndəriblər ki, bizim musiqini gözdən salsın. Camaat da desin ki, Təbrizin musiqisi budur. Təbrizdə bizim simfonik orkestrimiz var. O orkestri görsən, əlin üzündə qalar. Nə qədər ara musiqiçiləri var, İranda məşhurdur. Bunların hamısı siyasi məsələlərdir. Amma yaxşı oxuyanları imkan verməzlər tanınsın. “Səni deyirlər” nə mahnıdır axı, orda nə söz var?
- Oxumazsınız?
- Mahnı deyil ki, oxuyum. Bax gör ordan bir dənə yaxşı mahnı qoyurlar gələ bura? Siz elə bilirsiniz Təbrizdə hamı “Traxtor”u sevir? Çox təəssüf ki, Təbrizin, o tayın simvolu indi “Ayrılıq” yox, “Səni deyirlər” olub.
- İrandakı musiqidən şikayət elədiniz, bəs bizdə müasir musiqi necədir?
- Burda musiqi çox inkişafdadır. Xanəndələrimiz muğam səviyyəsində çox yaxşıdır. Amma toylara çox önəm verdiklərinə görə sənətlərini inkişaf etdirmirlər. Toy Azərbaycan müğənnilərini qabağa getməkdən saxlayır. Amma tarzənlərimiz, kamança ifaçılarımız keçmişdəki ifaçılara baxanda elmi, texniki baxımdan çox qabağa gediblər.
- Rəşid Behbudov, Flora Kərimova, Zəki Mürən, Ququş, siz... Siyahını uzatmaq olar. Sizcə “Ayrılığ”ı ən yaxşı kim oxuyub?
- ...Onu ən yaxşı, məndən də qabaq oxuyan Rəşid Behbudov olub.
- Ququşdan da yaxşı oxuyub?
- Ququşun oxumağını bayaq Aqil Abbasın sözü ilə dedim də (gülür). Ququş “Ayrılığ”ı bir az “xaltura”ya yaxınlaşdırıb oxuyub. O mahnını Flora Kərimova da yaxşı oxuyub. Birinci Rəşidi deyərdim, ikinci Floranı.
- Bəs özünüzü neçənci deyərdiniz?
- Öz oxumağımı qoy başqaları desinlər. Mən deyə bilmərəm. Qalanları onu süründürüblər.
- Barış Manço necə oxuyub?
- Barış Mançoya xanəndə kimi baxmırdım. Amma üçüncü ifaçı kimi də Zəki Mürəni deyərəm. “Ayrılıq” mahnısını çox ürəklə oxuyub. Zəki Mürən olduqca hissiyyatlı adam idi, ona görə də mahnıları xüsusi şövqlə oxuyurdu. Ondan başqa Türkiyədə hər kim “Ayırlığ”ı oxuyubsa, yola verib. “Ayrılığ”ı oxumaqçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. Mən onu vətənpərvər kimi oxumuşam.
- Yeri gəlmişkən, Ququşla aranız necədir?
- Yaxşıdır. Amerikaya gedəndə konsertlərdə, tədbirlərdə görüşüb hal-əhval tuturuq. Sadəcə, bilirsən necədir, Ququş azərbaycançı deyil, farslaşıb, Azərbaycanca oxuya bilmək o demək deyil ki, azərbaycanlısan, nə olsun Azərbaycan dilində təmiz danışır. Təkcə o yox, əslən Miyanadan olan Daryuş İqbali adlı müğənni var, belə xas azərbaycanlıdır. Xaricdə yaşayır, Ququş kimi onunla da duet oxumuşuq, görüşəndə elə Azərbaycanca danışırıq. Amma onların düşüncələrini, yanaşmalarını qəbul edə bilmərəm.

14:0023 Avqust 2019
Baxış sayı: 1 014
Bölməyə aid digər xəbərlər

Digər xəbərlər
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim" - MÜSAHİBƏ14:0023 Avqust 2019
Baxış sayı: 1 014
Bölməyə aid digər xəbərlər
Dünən, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib