00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
"Həbsimi sifariş etmişdilər" - Təranə Səmədova ilk dəfə danışdı - Video+Fotolar
Tarix: 30-05-2019 00:05 | Bölmə: Mədəniyyət

Prodüser Təranə Səmədova... Son günlər mediada adı ən çox hallanan simalardan biridir. Həbs edilməsi qədər, azadlığa çıxması da səs-küy yaratdı. İlk vaxtlar heç kimə müsahibə verməyəcəyini desə də, "saqqızını” oğurlaya bildik. Kameramız qarşısına keçib 6 ay 6 gün həbsxanada yaşadıqlarını bölüşdü. Suallarımızı cavablandırarkən gah ağladı, gah güldü.
Təranə Səmədovanın Axşam.az-a müsahibəsini təqdim edirik:
- (Zəhra Əhmədova) Artıq 3 həftədir azadlıqdasınız. Həyatınızda nə dəyişiklik hiss edirsiniz?
- Mənə sual verirdilər ki, nə edəcəksən? Çıxan kimi işə davam edəcəksən? Deyirdim, bilmirəm. Düşünürdüm ki, cəmiyyətin qınağı, gerçəyi bilmədən insanın üstünə getməyi var. Şərhlər məni qorxudurdu. Çıxandan sonra hamının mənə arxa çevirəcəyini, daha soyuq münasibət bəsləyəcəyini düşünürdüm. Mənə qəribə və yuxarıdan aşağı baxacaqlar. Amma əksini gördüm, heç gözləmədiyim insanlar belə mənə bir addım yaxın gəldi. Hələ azadlığa tam alışa bilmirəm.
- Yəqin orada olanda planlar qururdunuz...
- Fikirləşirdim ki, buradan çıxıb, özümü anama və övladıma həsr edəcəm. Heç vaxt fikirləşmədim ki, gedib layihələr edəcəm, iş görəcəm... Əminlik var ki, nəsə etsəm, əvvəkindən uğurlu olacaq. Orada bizə nəzarət edən insanlar təsəlli verirdilər ki, dahi, görkəmli insanların belə buradan yolu keçib. Həyat sınağıdır, əzilmə, özünə qapanma.
"QINAQLARDAN QORXURDUM..."
- Həbsxanaya düşmək tənqid olunası bir durum deyil. Heç kim heç nədən sığortalanmayıb. Amma açıq etiraf edək ki, cəmiyyətimizdə belə bir düşüncə var: həbsxanada yatan insana başqa cür baxırlar. Hamı onları bir növ qınayır.
- Çox böyük qınaq gözləyirdim, qorxurdum da... Ən çox çəkindiyim də bu idi. Elə məqamlar var ki, susmalıyam. Elə bir şeydə ittiham olundum ki, ağırdır. Çəkisi çox ağırdır, onu daşımaq çətindir.
- Dəfələrlə məhkəmə olmuşdu, hamı aranın sakitləşdiyini düşünürdü. Amma qəfil Təranənin məhkəmə zalından həbs edildiyi xəbəri yayıldı.
- Qətiyyən gözləmirdim. Müəyyən vaxt cəza çəkib, azadlığa çıxandan sonra nələrsə danışmaq, onların mənim əleyhimə çevrilməsini istəmirəm. Susmağı seçirəm... Məhkəmədə bəraət alacağıma ümid edirdim. Üsyançı obrazı yaratmaq istəmirəm. Mən orada susmağı öyrəndim.
"HƏBSİMİ SİFARİŞ ETMİŞDİLƏR"
- Hətta ətrafda danışıldı ki, kimlərsə sənin həbsini istəyib, sifariş verilib.
- Bunu mən də eşitdim. Bir yox, bir neçə insan bunun kimin arzusu olduğunu dedi. Həbsimi sifariş etdilər... Hər dəfə məhkəməyə gələndə düşünürdüm ki, buradan azadlığa buraxılacam. Amma məyus halda yenidən həbsxanaya qayıdırdım. İçəri girəcəyimi düşünmürdüm. Vəkillər əlindən gələni edirdi. Hətta mənə "Ən yüngül cəza veriləcək, amma övladının yanında olacaqsan" vədi verildi. Deyirdim, eybi yox, nahaqdan "məhkum" adı alaram, amma azadlıqda olaram. Nə azadlıq, mən hətta nahaqdan həbs də yatdım. Azərbaycanda yaxşı qanunlar var. Müəyyən vəzifədə oturanlar onlardan aşağıda əyləşənlərin hər əməlindən xəbərdar deyillər. Hər məhkəmədə, apellyasiyada ümid edirdim ki, gedəcəm evə. Son gün məhkəmə zalından çıxdım, arxamca gələnlərə dedim, olmadı (ağlayır). Həyatda kimisə qınamışamsa, bir balaca mənfi düşüncəm olubsa, hər şeyi yaşayıram. İnsan kimisə qınayırsa, onu yaşamadan bu dünyadan köçməyəcək. Mənə bu pislikləri edənlər dünyanı tutub durmayacaqlar ki...
"MƏHKƏMƏDƏ ÜZÜMƏ DURDULAR"
- (Pərviz Hüseyn) Hər dəfə ümidlə məhkəmə zalına gəlirdin. Ümidin boşa çıxırdı...
- Həyatda hər zaman qalib ola bilməzsən. Müəyyən məqamda məğlub olmalısan, dostu düşməndən ayıra bilmək üçün lazımdır. Bu pisliyi mənə edənlər... Şərhlərdə oxuyuram, məndən şikayət edən insanları qurban kimi qələmə verirlər: onların da anası var. O qınayan insanlar həmin şəxslərin həyatına kənardan baxsınlar. Görün, o şikayət edənlər əziyyət çəkən ananın övladlarına oxşayır? Cəmiyyətin çox yüngül həyat tərzi keçirən üzvləridir. Onlar üçün bu həyatda itirəcək heç nə yoxdur. Belə bir oyunun qurbanı olmaq dəhşətdir. Onlar vicdan əzabı çəkən deyildi. Günahı özümdə görürəm. O qədər ürəyi yumşaq olmuşam. Kimsənin qəlbinə dəyə bilmirdim. Yüngül həyat tərzi yaşayan, hansısa əxlaqsızlıq edənlərin mənfi tərəfin heç vaxt görmürdüm. Hər zaman deyirdim ki, hərənin öz həyatı var. Bu sınaq dövrü mənə öyrətdi ki, kimisə yazıq olduğu üçün yaxına buraxmaq olmaz. Özümü qınayıram ki, niyə mən onlara sirrimi dedim? Boşluqlarımdan istifadə edib, məhkəmədə üzümə durdular.
"BU QƏDƏR ÖNƏMLİ DÜŞMƏN OLDUĞUMU BİLMİRDİM"
- (Zəhra) Sizdən şikayət edən qadınların sosial şəbəkədə dəfələrlə videoların gördük. Sizin dediyiniz kimi, yüngül həyat tərzi keçirən şəxslər Təranə Səmədova tərəfindən satıldıqlarını iddia edirdi...
- Görünür, şikayətin ciddi qəbul edilməsi üçün çalışanlar oldu. Mən bu qədər önəmli, yüksək çəkili düşmən olacağımı bilmirdim. Mənə göstərdilər ki, nə qədər önəmli biri imişəm. Kimlərəsə mane olur, yolunu kəsirmişəm.
- Təranə Səmədova kimə nə etmişdi ki, intiqam onu barmaqlıqlar arasına qədər aparıb saldı?
- İndi açıb hər şeyi töküm? (gülür) Heç kimə böyük pislik etməmişəm. Cüzi bir pislik etmişəmsə, demək, həmin adam ona layiq olub. Etmişəm ki, başa düşsün insanı vurmaq olmaz. Mənim sifarişimi verən insanlara isə heç bir pisliyim olmayıb. Adı hallanan insanın bu gün cəmiyyətdə tanınmasında, ayaqüstə durmasında, önəmli yer tutmasında vasitəçilərdən biri də mən olmuşam. Niyə etdi...?
"RƏQSANƏ ANAMA ZƏNG VURUB"
- (Pərviz) Həbsxanaya girəndən sonra bir vaxtlar sizə "düşmən" olanlar, statuslar yazıb, dəstək olduqlarını göstərməyə başladılar. Dedilər, ailənizə yardım etməyə hazırdılar.
- (Zəhra) Açıq adlarını çəkək: müğənnilər Rəqsanə İsmayılova və Kərim Abasov. Kömək etdilər ailənizə?
- İllər keçib, eyni şəxslərlə bağlı mövzunu danışmayım. O insanlar hər cüzi məqamdan faydalanıb, yaxşı obraz yaratmağa çalışırlar. Heç bir kömək olmayıb, buna ehtiyac da duymayıb ailəm. Mənə olan maddi yox, mənəvini ödəməyi bacarardılar, sonra... Rəqsanə anama zəng vurub. O da cavab verib ki, gətir, Təranəyə olan borcu qaytar, heç nəyin lazım deyil. Zamanında ona böyük məbləğdə pul kömək etmişəm. Soruşanda deyir ki, Təranənin pulu hardan idi? Müəyyən insanlar var idi ki, mənə və anama güvənib pulu verdi. Rəqsanə qaytarmadı onu. Özüm verdim borcu. Həmin adamlar indi dünyasını dəyişib. İndi kimsə evimə gəlib təmirsiz görəndə, deyir ki, sən illərdir qazanmısan, bu nə evdir? O qədər acınacaqlı durumdayam ki... İllərdir mənə vurulan zərbələrin altından çıxmaq üçün güzəranımı düzənləyə bilməmişəm. Kamera qarşısında mənə baxan bilməz ki, maddi sıxıntım var. Çantamda 3 manatım olub, heç kimə hiss etdirməmişəm. Mənliyimi qorumuşam, etimadımı itirməmək üçün çox çabalamışam. burada kim nə paylaşırdısa, orada çalışanlar gəlib deyirdi. Sədəqə dilənirəm? Həyatımda olan insan 6 ay elə dəstək durdu ki...
"HƏBSXANANIN ÖZ QAYDALARI VAR İDİ"
- (Zəhra) Azadlığa çıxanda kimlər zəng vurdu?
- Həbsdə olanda məni axtarmayanları yola verdim... Həyat davam edir. Sınaqdır... Məni çətin günümdə tək buraxmayanları, heç vaxt yarıyolda qoymaram.
- 6 ay bizim üçün qısa müddət kimi gəlir. Amma yəqin orada günlər keçmirdi...
- 2,5 ay təcridxanada qaldım. 4 ay isə cəzaçəkmə müəssisəsində oldum. Təcridxanada qapalı yerdə idim, hələ tam dərk etmirdim. Cəzaçəkmə müəssisəsinə keçəndən sonra başa düşdüm... Artıq qaydalar var idi. Hər gün səhər saat 7-də zəng çalınır, gözümü açanda deyirdim, yox, hələ yuxu bitməyib. Elə bilirdim dəhşətli bir yuxudayam. Elə bir gecə yox idi ki, iki-üç dəfə ayılıb, saata baxmayım. Böyük sarsıntı keçirdim.
- (Pərviz) İndi azadlığa adaptasiya olmağınız çətindir?
- Elə bil yuxuda idim, oyandım. İndi evimdə rahat yatıram, gecələr ayılmıram da. Amma harasa restorana gedəndə, qəribə gəlir mənə.
"ELƏ MƏHKUMLAR VAR Kİ, DEYİRSƏN, BUNU YANDIRMAQ LAZIMDIR"
- Vaxtınızı necə keçirirdiniz orada?
- Mütaliə edirdim. Nə qədər kitab oxudum. Hər bir kitab həyat təcrübəsi idi. Yoqa ilə məşğul olurdum. Özümə qapanmamaq üçün müxtəlif vasitələrdən istifadə edirdim.
- (Zəhra) Filmlərdən, seriallardan həbsxana həyatı bizim üçün qəddar tərəfləri ilə dolu bir aləm kimi görünür. Yeni gələnləri digər məhkumlar döyür, özlərinə tabe etmək istəyirlər...
- Mənim üçün də dəhşətli işgəncəli, "palajeniya" olan bir yer kimi gəlirdi. Ölkədə bir dənə qadın cəzaçəkmə mərkəzi var. Ən ciddi qaydalar orada hökm sürür. Qadınlar mürəkkəb varlıqlardır, onlarla mübarizə aparmaq çətindir. Amma orada sakitlik, mehribanlıq yaradılıb. Heç kim dalaşmaz, küsülü qalmaz. Hər şeyin öz saatı var. Qırmızı ərazidir, daxili türmə qaydaları yoxdur. 85 faiz günahının cəzasını çəkir. 15 faiz isə hansısa şər, böhtan qurbanı olub. Elə ana-bacılar var ki, çöldəki ən dəyərli xanım belə onun əlinə su tökməyə dəyməz. Eləsi də var ki, deyirsən, bunu yandırmaq lazımdır.
- Yəqin ki, müxtəlif həyat hekayələri dinlədiniz...
- Dəhşət idi... Ora girən rejissor neçə senari, yazıçı neçə kitab yazar. Kimi övladını, kimi doğmasın öldürüb. Qınamayın, günahdır. Allah heç kimin ağlını başından almasın. Allahdan arzulayıram ki, ağlımı alınca, canımı alsın. Həyat yoldaşını, kimisə öldürəni qınamıram. Amma övladı öldürmək...
- (Pərviz) Məhbuslar arasında çəkindiyiniz var idi?
- Bir qadın gəlmişdi, cibgir idi. Deyirdi ki, məndən soruşanda işin nədir, cavab verirəm avtobusda çalışıram. Bir dəfə elə bildim yatıb, arxasınca danışırdım ki, cibgir eşitmişdim, demək belə olurmuş? Sən demə, oyaq imiş. Qayıtdı ki, buynuzum, yoxsa quyruğum olmalıydı? (gülür) Ondan çəkinirdim, pulqabımı gizlədirdim. Özünə də etiraf etdim ki, pulqabımı gizlədirəm səndən. Deyirdi ki, çöldə işimdir, burada yox. Sözlə gördüklərim izah ediləcək deyil.
- Məşhur olmağın üstünlükləri var idi?
- Əvvəl özümə qapanmışdım. Sakit dayanıb, oradakılara baxırdım. Elə bilirdilər ki, tanınmışam deyə, özümü yüksək tuturam. Sonra gördülər ki, yox... Bayram günü zalın bu başından o başına hamıyla oynadım. Qayıtdılar ki, elə bil əhd eləmişdin içəri girim, oynayım. Bu da bir həyat sınağı idi.
- (Zəhra) Görüşə gələnlərdən nə soruşurdunuz?
- Həbsxanada olanları azadlıqda baş verənlər maraqlandırmır. Hətta yanıma gələnlər danışanda, qıcıq olurdum.
- 6 ay 6 gün sonra azadlıq xəbəri gəldi...
- Çimmək günləri fərqli idi. Çimdim gəldim, oturub corabımı tikirdim. Həftənin bazar ertəsi nə telefon, nə görüş olur. Dedilər, Təranə səni çağırırlar. Təəccübləndim ki, nə etmişəm? Gəldim, dedilər, məhkəməndi, yəqin buraxılacaqsan. O dəqiqələri gözləyəndə, nələr yaşadım. Dəmir darvazaya baxırdım, deyirdim, görəsən onun o tərəfində olacam? Allah hamının qapısını açsın. Çörək kəsdiyim qadınlar soruşurdu ki, çıxsan, bizdən danışacaqsan? Sahibə, Gülər, Yeganə, Elvira və Sevinc var idi... Alnıaçıq çıxdım oradan. Həbsxanada həm cəzaçəkənlərin, həm əməkdaşların hörmətini qazandım.
- (Pərviz) Təranə həbs olunan gün çantasında nə qədər pul var idi?
- Burada dostluğumuzdan sui-istifadə edirsən (gülür). Rəfiqəm bizdə qalmışdı, çantamda 1 manat var idi. Rəfiqəm 10 manat qoydu ki, məhkəməyə gedəndə taksiyə ver. 2 manat taksi etdi, 9 manat qaldı. Oradan aparıldım cəzaçəkmə müəssisəsinə. Çantamı içəri girəndə yoxlayırdılar. Təəccübləndilər ki, tanınmış adamsız, 9 manatınız var?
"FƏDAYƏ LAÇINI GÖRDÜM"
- (Zəhra) Fədayə Laçını görürdünüz?
- İstintaq Təcridxanasında məhkumlar bir-biri ilə görüşmürdü. Bir dəfə üzləşdik, çox dəyişib. Qapalı yerdir deyə, qadın oturur, kökəlir. Ona yaraşırdı, qəşəng idi. Tezliklə azadlığa çıxmağı arzulayırdı. Bizə eyni gündə cəza verdilər. Mən qısa müddətdə qurtuldum. Fədayə isə uzun illər orada qalacaq. Həyatda kimin səhvi yoxdur ki...
- Bayaqdan danışırıq, belə başa düşdüm ki, həyatınızda biri var...
- Həbsxanada olduğum müddətdə həmin şəxs nə məni, nə anamı tək qoydu. Ailəmə sahib çıxdı, mənim arxamda dayandı. Onun ailəsinə təşəkkür edirəm ki, belə bir tərbiyəli övlad böyüdüblər.
- (Pərviz) Təranə Səmədova özünə hansı sərhədləri qoydu?
- Sərhədlər qoymuşam, amma nə qədər davam edəcək bilmirəm. Bu ürəyin sahibi mənəm. Olmur qəddarlaşmaq...
- (Zəhra) Çıxandan sonra iş təklifi almadınız?
- Hansısa müğənnidən təklif almamışam. Məni axtarmağa qorxurdular, o da qaldı işləməyə. Qorxaq insanlarıq... Birinin başının üstünü qara bulud alanda, ətrafdakılar qaçıb gizlənir ki, mənə dəyməsin. Hansı müğənni ilə işləməyi arzulayım? Ağlıma gəlmir. Yeni biri ilə isə işləməkdən qorxuram.
- Sizdən şikayət edənlərə zəng vurub "Niyə" sualını verdiniz?
- Çıxdığım gün ortaq tanıdıqlarımız dedilər ki, filankəslərin qara günü başladı, intiqam alacaqsan. Pislik edənə o cür cavab verən deyiləm. Onlar "Niyə" sualını verməyimə layiq şəxslər deyil. Gəlib üzümə dururlar, 3 il həbsimi istəyirlər, onlara sual verməyə dəyər?
Zəhra ƏHMƏDOVA, Pərviz HÜSEYN
Video və Foto: Şükür Verdiyev
Baxış sayı: 1 304
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb