Bütün xəbərlər
Xatirə İslamla İzzət arasında nə yaşanıb? - İlk dəfə açıqlandı
Tarix: 20-05-2019 19:37 | Bölmə: Mədəniyyət
Xatirə İslamla İzzət arasında nə yaşanıb? - İlk dəfə açıqlandı


Müğənni Xatirə İslam həmkarı İzzət Bağırovla yaşadığı hadisəni danışıb.
Axşam.az xəbər verir ki, “Ay Zaur” proqramına qonaq olan sənətçi illər əvvəl İzzətdən kömək istədiyini, amma onun imtina etdiyini deyib. O bildirib ki, İzzətdən mahnı sözlərinin qeyd olunduğu dəftərini istəsə də, “yox” cavabı alıb.
“Getdim restoranda işə başladım, amma mahnı bilmirdim. İzzət yanımda oturmuşdu. Dedim, İzzət bəy, olar dəftərinizi götürüm, səhərə kimi yazıb qaytarım. Cavab verdi ki, dəftər verməyi xoşlamıram. Qorxurdum ki, məni işdən çıxartdırar. Ona görə də "Hə, narahat olmayın" dedim. O vaxt ondan küsdüm. Bunu ilk dəfə açıqlayıram.
Dilənçi deyiləm ki, kimdənsə nəsə istəyim. Atam uzun illər vəzifədə işləyib, bizi yaxşı saxlayıb”.



Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər