Bütün xəbərlər
"Sizin dualarınız məni saxladı" - Zülfiyyə xərçəng xəstəliyi haqda
Tarix: 08-05-2019 13:23 | Bölmə: Mədəniyyət
"Sizin dualarınız məni saxladı" - Zülfiyyə xərçəng xəstəliyi haqda

"Akrobatlar nazik bir ip üzərində mərkəz nöqtəsini taparaq, bədənlərini idarə edib, ortaya gözəl bir tamaşa qoyarlar. Düz bir il mən də o vəziyyətdə idim".
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. Özü də aparıcılıq edən və uzun müddətdir mədə xərçəngindən əziyyət çəkən Zülfiyyə ağır günlərdə yaşadıqlarını belə izah edib:
"Nazik ipin üzərindən hər an düşə bilərdim, bu da mənim izləyicilərim qarşısında uğursuzluğum olardı. Ancaq Allah o nazik ipi geniş bir yola çevirdi, hər dəfə büdrəyəndə sizin dualarınız məni ayaqda saxladı və mən bu yolu çox rahat keçdim. 
Yolun başında isə mən də sizə qoşulub, o nazik ip üzərində gələnlərə dua etməyə başladım. Məhz o yolu rahat keçsinlər deyə. Bu əziz ayda dualarımız sizinlədir".



Baxış sayı: 604


Bölməyə aid digər xəbərlər