Bütün xəbərlər
"Nə var-dövlətim varsa, hamısını onlara verdim"
Tarix: 01-05-2019 20:02 | Bölmə: Mədəniyyət
"Nə var-dövlətim varsa, hamısını onlara verdim"


Prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan boşanmasından danışıb.
Axşam.az Lent.az-a istinadən xəbər verir ki, prodüser hazırda mövzuyla bağlı çox danışmaq istəmədiyini bildirib: 
“Mən bəzi atalar kimi ayrılanda övladlarımı, həyat yoldaşımı çöldə qoymuram. Nə var-dövlətim varsa, hamısını onlara verdim. Məni qınayanlara fikir vermirəm. Anar Mədətovam, bu mövzuyla bağlı çox danışmaq istəmirəm. Nə lazımdırsa, demişəm”.
 Xatırladaq ki, A.Mədətov xanımı E.Mədətovadan rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. O, Samirə adlı vizajist xanımla ailə qurmaq niyyətindədir. Cütlüyün artıq xınayaxdı mərasimi olub.
Qeyd edək ki, Anar Mədətov Azərbaycan milli komandasının və "Qarabağ" futbol klubunun üzvü Mahir Mədətovun atasıdır. M.Mədətov atasının anasından boşanmasına görə, ata soyadından imtina edib. O soyadını “Əmrəli” edib.



Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər