Bütün xəbərlər
"Allah Nazəninin bəlasını versin" - Təranə
Tarix: 23-04-2019 16:03 | Bölmə: Mədəniyyət
"Allah Nazəninin bəlasını versin" -  Təranə

"Allah onun bəlasını versin ki, 5 il əvvəl olan söhbəti hər dəfə çıxıb yeniləyir. Mən də Təranəyəm. Kimlərinsə ağlı ilə danışmıram. Kiminsə sözü də mənə maraqlı deyil".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Təranə Qumral "Hər şey daxil" verilişində deyib. Təranə illərdi küsülü olduğu və məhkəmələrdə qaldığı Nazəninin vəkili Nazəninin vəkili Heyrat Qarayevin "Məhkəmənin hökmü ilə məhkumluq adını aldı" sözlərinə münasibət bildirib:
"Dünəndən telefonlarım susmur. O qədər zəng gəldi ki, sən həbs edilmisən? Bizim işimiz məhkəmədə bitmiş hesab edilir. Ali məhkəmə belə qüvvədə saxladılar. Onlar elə edir ki, guya mən şikayət edirəm. Mən etmirəm, məhkəmə qapısı gəzmirəm. Əllərində telefon gəzirlər ki, mən nəsə danışım, yazsınlar və məhkəməyə versinlər. O, Təranə öldü, yoxdu... Mənim onunla sözümüz düşəndən sonra tanındı. Bunlar mənim üçün köhnəlib. Üzr istəmədiyimə görə dövlət pul cəzası kəsib, ödəməliyəm. Qərar çıxandan sonra, gedib pulumu ödəyəcəm".
Təranə ölkədən çıxışına qadağa qoyulmasına isə "Bu haqda heç nə deməyəcəm. Məhkəmə zalı deyil bura" cavabını verib.



Baxış sayı: 693


Bölməyə aid digər xəbərlər