Bütün xəbərlər
“Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib
Tarix: 17-04-2019 23:03 | Bölmə: Mədəniyyət


Sabaha-inamla.Az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Klubun özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin aparıcılığı ilə başlayan tədbirdə “Günəş” mahnı qrupunun (bədii rəhbər İradə Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət “Buratino” rəqs qrupunun (bədii rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Sonra “Günəşim” kukla tetarının Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, “Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun nəznində yaradılan “Günəşim” kukla teatrının məqsədi uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaqdır.
Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri  Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.







Baxış sayı: 680


Bölməyə aid digər xəbərlər