Bütün xəbərlər
"Ya Rəbbim, o, nə atadır mənə vermisən?" -Müğənni ağladı
Tarix: 12-04-2019 00:02 | Bölmə: Mədəniyyət
            "Ya Rəbbim, o, nə atadır mənə vermisən?" -  Müğənni ağladı

"İndi atam ölüb, qəbrini tapdım, üstünü götürtdüm. Bu gün atam sağ olsaydı, onu bağışlamazdım".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Bahar Lətifqızı "Səni axtarıram" verilişində deyib. İfaçı onu uşaq evinə atan valideynlərindən danışıb:
"Elə şey var ki, efirdə deyə bilmirəm. Mən, anam, və bibim bilir. Bir də məhkəmədə bir adam var idi, onun məlumatı var. Məhkəmədə olduğum həmin an düşündüm ki, ya Rəbbim, o, nə atadır mənə vermisən? 
İstəmirəm həyatın hansısa üzünü kimlərsə bilməsin. Nəsə səhvlərim olub. Bəlkə uşaq evində olmasaydım, həmin səhvləri yaşamazdım. Qızlarımıza yalvarıram, 40 yaşında bir xanımam, ailə quranda inanmayın, düşünün. Yazılmamış qanunlar var, bilmirsən sabah nə olacaq. Düşünülməmiş addımlar çox olur. Sabah gedib boşanırsan. Zaqssız ailə qurmuşam. Övladım olub, zaqsım olmayıb. Bu səhvləri etməyin. Kaş mən o kişinin qızı olmayaydım".



Baxış sayı: 670


Bölməyə aid digər xəbərlər