Bütün xəbərlər
"Anar günahsız yerə qurban getdi" - Əməkdar artist
Tarix: 10-04-2019 00:54 | Bölmə: Mədəniyyət
"Anar günahsız yerə qurban getdi" -  Əməkdar artist


Əməkdar artist Aybəniz Haşımova "Space" kanalında baş verən qalmaqallı hadisəyə münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Hər səhər" verilişinin aparıcısı Anar Vaqifoğlunun işdən qovulmasını haqsızlıq adlandırıb:
"Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz.
Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”. 
Qeyd edək ki, veriliş zamanı müğənni Rüfət Axundov mahnı oxuyarkən əməkdar artist Rəşad İlyasovla birlikdə söyüşlər işlədiblər. Səs rejissorunun mokrofonu açıq qoyması nəticəsində söyüşlər efirə gedib.



Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər