09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
“Məni niyə sevmədiniz?” - Fərda karyerasını bitirdi
Tarix: 06-04-2019 19:56 | Bölmə: Mədəniyyət
“Məni niyə sevmədiniz?” - Fərda karyerasını bitirdi

Aktyor Fərda Xudaverdiyev karyerasını bitirdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.
Fərda video paylaşaraq “23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz?” deyə, yazıb.
Qeyd edək ki, Fərda Xudaverdiyev “Space” TV-də yayımlanan “Tək səbir” layihəsi ilə populyarlaşıb. O, indiyədək müxtəlif filmlərdə və seriallarda rol alıb.


Baxış sayı: 790


Bölməyə aid digər xəbərlər