Bütün xəbərlər
“25 restoran açmışam” - Emin Ağalarov “Forbes”də
Tarix: 06-04-2019 00:04 | Bölmə: Mədəniyyət
“25 restoran açmışam” - Emin Ağalarov “Forbes”də

“Həmin vaxt üçün bu, düzgün ideya kimi görünməsə də, risk edib “Crocus City Mall”ı ərsəyə gətirdik”.
Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti Emin Ağalarov "Forbes" jurnalına müsahibəsində bildirib.
“Crocus Group” şirkətinin 30 yaşı münasibətilə baş tutan müsahibə zamanı Emin iş həyatından bəhs edib:
“Bu işləri görmək çox çətin idi. Çünki hər hansı brendin mağazasını açmaq üçün ilk növbədə onların sahibləri ilə görüşmək, qarşılıqlı hər iki tərəfi qane edən şərtlərlə razılaşmaq, kolleksiya seçmək, personal tapmaq, onları öyrətmək, reklam kampaniyası təşkil etmək lazımdır. Biz orada 50 butik açdıq. Bu brendlərin çoxu isə Moskvada yox idi və insanların marağını cəlb edirdi”.


Ağalarov bildirir ki, brendlərin sahibləri onun qarşısına şərt qoyurmuş:
“Onlar deyirdi ki, Moskvanın mərkəzində bizim butiklərimiz açılsın, daha sonra ticarət mərkəzinə keçə bilərik. Hazırda bizim ən uğurlu brendlərimiz “Chanel” və “Louis Vuitton”dur.
“Crocus City Mall” “Vegas” ticarət mərkəzindən daha çox gəlir əldə edir. Hər ay buranı yarımmilyon insan ziyarət edir. “Chanel” brendi bütün dünyada ən yüksək nəticəni göstərərək, biri aya 210 min avro qazanıb. Bu göstərir ki, biz hər şeyi düzgün etmişik”.
Sənətçi müsahibəsi zamanı sahib olduğu restoranların sayını da açıqlayıb:
“Üç il əvvəl rublun kursu düşəndə gəlirlərimiz iki dəfə azaldı. Butiklərə nisbətən, restoranların gəliri eyni səviyyədə qaldı. Ona görə də mən 25 restoran açdım. Hazırda isə cəmi üç butikim var”.





Baxış sayı: 690


Bölməyə aid digər xəbərlər